Sumqayıtda hava

Cəmiyyət

Abid Şərifov "Şöhrət" ordeni ilə təltif edildi

Abid Şərifov "Şöhrət" ordeni ilə təltif edildi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Abid Qoca oğlu Şərifovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, yanvarın 6-sı A.Şərifovun doğum günüdür. O, 6 yanvar 1940-cı ildə Şəkidə anadan olmuşdur.

1962-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1962-ci ildə Bakı Baş Tikinti İdarəsində başlayaraq onun trestlərində tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi, 1972-ci ildən həmin idarənin 23 saylı tikinti idarəsinin rəisi, Azərbaycan SSR Nazirlər Sovetinin Əsaslı tikinti şöbəsində böyük referent, “Azərnəqliyyattikinti” trestinin rəisi, 1988-ci ildən “Azərnəqliyyatyoltikinti” lahiyə-sənaye tikinti Birliyinin rəisi, 1991-ci ildən Türkiyə Respublikasının Çerkesköy-Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini, 1993-cü ildən “Azərnəqliyyatyoltikinti” lahiyə-sənaye tikinti Birliyinin bazasında yaradılan eyniadlı Dövlət Şirkətinin prezidenti vəzifələrində işləmişdir.

1995-ci ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir.

“Şərəf nişanı” (1976), “Oktyabr inqilabı” (1980), Azərbaycanın əməkdar inşaatçısı“ və “Fəxri nəqliyyat inşaatçısı” fəxri adlarına layiq görülmüşdür.

Evlidir, 2 övladı var.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR