Sumqayıtda hava

Manşet, Cəmiyyət

"Sumqayıt" "Petrolul"la heç-heçə etdi - FOTO

"Sumqayıt" "Petrolul"la heç-heçə etdi - FOTO


"Sumqayıt" "Petrolul"la heç-heçə etdi - FOTO



Dünən "Sumqayıt" Futbol Klubu Türkiyənin Antalya şəhərində hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Klubun Mətbuat Xidmətinin məlumatına görə, komandamız 4 dəfə Rumıniya çempionu olmuş "Petrolul"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Sumqayıt" FK-dan yeganə qolu 90-cı dəqiqədə Pərdis Fərcad-Azad vurub.
Xatırladaq ki, "Sumqayıt" FK Türkiyədə olduğu müddətdə bundan başqa, daha 3 yoxlama oyunu keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda Qazaxıstan "Akjayık" klubuna 1:0 hesabı ilə qalib gəlib, Rumıniya təmsilçisi "Voluntari" ilə 0:0 hesablı heç-heçə edib və son İran çempionu "Sepahan"a 1:2 hesabı ilə məğlub olub.
Bu gün "Sumqayıt” Futbol Klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuraraq vətənə dönür. İki günlük istirahətin ardından komandamız "Kapital Bank Arena”da Premyer Liqanın növbəti turu üçün "Neftçi” ilə oyunun hazırlığına başlayacaq.

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR