Sumqayıtda hava

Hadisə

Sumqayıtda dəhşətli qətl: Sevdiyi qıza 26 bıçaq vurdu

Sumqayıtda dəhşətli qətl: Sevdiyi qıza 26 bıçaq vurdu



Xəbər verdiyimiz kimi Sumqayıtda 24 yaşlı qız qətlə yetirilib.
Sumqayıt Şəhər Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Səbinə Salayevanın meyiti yaşadığı evdən bir neçə metr aralıda tapılıb. 1992-ci il təvəllüdlü qızın bədənində 26 bıçaq xəsarəti aşkarlanıb.
Səbinə Cavanşir qızı Salayevanı qətlə yetirən şəxsin Bakı şəhər sakini olduğu müəyyənləşib. Hadisə qısqanclıq zəminində baş verib. Polisdən qaçıb gizləndiyindən, hadisədə təqsirli bilinən şəxsin kimliyi hələlik açıqlanmır.
İlkin ehtimala görə, hadisəni törədən şəxs qızı sevdiyini dilə gətirib, əks tərəfdən yox cavabı alandan sonra onu xüsusi amansızlıqla qətlə yetirib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Lent.az


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR