Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda Qadın Futbolu festivalına yekun vurulub - FOTOLAR

Sumqayıtda Qadın Futbolu festivalına yekun vurulub - FOTOLAR



Prezident yanında Gənclər Fondunun VII qrant müsabiqəsində qalib olan U-24 "Qadın Futbolu Festivalı” layihəsinə yekun vurulub.
Layihə rəhbəri Hökümə Ağayeva "Yenisumqayit.az"a bildirib ki, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənclərin Sağlam Gələcəyi təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə M.Müşfiq adına 34 nömrəli tam orta məktəbdə keçirilən mini-futbol çempionatının yarımfinal və final mərhələsinə dövlət himninin səsləndirilməsi ilə start verilib.
Layihə rəhbəri və Sumqayıt Gənclərinin Sağlam Gələcəyi təşəbbüs qrupunun koordinatoru Elbrus Mirzəyev tədbirdə çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən idman siyasətindən, idmana və idmançılarımıza göstərilən diqqət və qayğıdan danışıblar.
Daha sonra komandalar arasında gərgin idman mübarizəsi şəraitində keçən oyunların yekunu olaraq I yerə 7 nömrəli tam orta məktəbin "Dəniz”, II yerə 26 nömrəli, III yerə isə M.Müşfiq adına 34 nömrəli tam orta məktəbin eyni adlı komandaları layiq görülüblər.
Sonda çempionatda yer tutan komandalara və fərqlənən idmançılara sertifikat, medal və hədiyyələr, qalib komandaya isə kubok təqdim edilib.

Sumqayıtda Qadın Futbolu festivalına yekun vurulub - FOTOLAR


Sumqayıtda Qadın Futbolu festivalına yekun vurulub - FOTOLAR


Sumqayıtda Qadın Futbolu festivalına yekun vurulub - FOTOLAR


Sumqayıtda Qadın Futbolu festivalına yekun vurulub - FOTOLAR


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR