Sumqayıtda hava

Hadisə

İkinci dəfə adam öldürdü, 16 il müddətinə azadlıqdan məhrum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Kamil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə oxunan hökmə əsasən, K. Məmmədov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, K. Məmmədov münaqişə zəminində qonşusu Rasim Əliyevə bir neçə bıçaq xəsarəti yetirib. Ağır yaralanan Rasim Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qətli törədən K.Məmmədov hadisə yerindən qaçaraq gizlənmək istəyib. Lakin Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Kamil Məmmədov tutulub.
Araşdırmalar zamanı məlum olub ki, K.Məmmədov əvvəllər də adam öldürmək üstündə məhkumluq həyatı yaşayıb.

APA





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR