Sumqayıtda hava

Manşet, Cəmiyyət

Mərkəzi uşaq kitabxanasında milli qəhrəmanlarımızın xatirəsi anılıb

Mərkəzi uşaq kitabxanasında milli qəhrəmanlarımızın xatirəsi anılıb


Mərkəzi uşaq kitabxanasında milli qəhrəmanlarımızın xatirəsi anılıb


Mərkəzi uşaq kitabxanasında torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman soydaşlarımızın həyat və döyüş yolunun təbliği məqsədilə yanvar ayında anadan olmuş Milli Qəhrəmanlarımızın əziz xatirəsinə həsr edilmiş "Vətən deyən oğullar” adlı xatirə günü keçirilib.
Bu barədə "Yenisumqayit.az"a Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Tədbir Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra oxuculara Mehdi Abbasovun, Mətləb Quliyevin, Rövşən Abdullayevin, Fəxrəddin Şahbazovun həyat və döyüş yolu haqqında məlumat verilib, videoçarx izlənilib, oxucuların ifasında vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirlər dinlənilib.
Tədbirdə kitabxananın multmedia mütəxəssisi Leyla Məmmədli çıxış edərək oxuculara tariximizə, qəhrəmanlarımıza qarşı unutqan olmamağı tövsiyə edib, vətənə, bayrağa sevgi, məğrurluq, əzmkarlıq, cəsarət hissinin önəmli olduğunu vurğulayıb.
Sonda kitabxanaçı Qənimə Baxışova "Qəhrəmanlıq zirvəsinə ucalanlar” adlı sərgidə nümayiş etdirilən kitablar haqqında xülasə verib.

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR