Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtlı müğənni “O səs Türkiyə”də fərqlənib

Sumqayıtlı müğənni “O səs Türkiyə”də fərqlənib


Türkiyədə yaşayan azərbaycanlı müğənni Aygün İsmayılova-Miyak “O səs Türkiyə” müsabiqəsində səhnəyə çıxıb.

Azərbaycanda keçirilən “Yeni ulduz” müsabiqəsindən tanınan və Mazhar-Özkan cütlüyünü seçmiş Aygün Ezgi Delal adlı komanda yoldaşı ilə Uitney Hyustonun repertuarından “How will I know” mahnısını səsləndirib.

Mazhar Alanson və Özkan sonda həmvətənimizi seçərək, yarışmaya onunla davam etmək istədiklərini deyiblər. Sənətçinin həyat yoldaşı Haluk Miyak yenə də Aygünə dəstək üçün gələnlər arasında olub.

Qeyd edək ki, Aygün İsmayılova Sumqayıt sakini olub və sonradan Haluk Miyak adlı Türkiyə vətəndaşı ilə ailə quraraq oraya köçüb.


(azpress.az)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR