Sumqayıtda hava

Cəmiyyət

“London taksisi” sumqayıtlının, gəncəlinin hansı gününə yaraşır? - Namiq Dəlidağlı



Kaş "arxadan atılan daş topuğa” dəyməyə...
Regionların inkişafı proqramının gedişinə dair müşavirədəki çıxışında ölkə başçısı çox ciddi problemlərə toxundu. Burda diqqət çəkən məsələlərdən biri də ölkəyə gətirilən bahalı avtomobillərlə bağlıdır. Danılmaz faktdır ki, bizdə ən xırda məmurdan tutmuş "iriçəkili” məmurların hamısı dünyada istehsal olunan ən yeni model avtomobillərdən istifadə edirlər və indiyə kimi bu ərköyünlərə "dur” deyən olmayıb. Bütün bunlar azmış kimi, bəzi məmurlar istifadələri üçün hətta, xaricdən zirehli avtomobil də gətizdiriblər. Artıq bu, gülməli yox ağlamalıdır. Müharibə şəraitində olan bir ölkənin, müəllimi, həkimi aylıq 100-200 manat məvacib alan bir məmləkətin məmurunun bu qədər həddini aşması, azğınlaşması təbii ki yolverilməzdir və yəqin ki, zaman-zaman onlar öz cəzalarını alacaqlar.
Hələ illər öncə nəqliyyat naziri Ziya Məmmədovun xaricdən Bakıya gətirdiyi "bənövşəyi taksi”lər barədə qədərincə ictimai narazılıq olsa da, həmin taksilərin maya dəyərindən neçə qat artıq ölkəmizə sırındığı barədə yazılsa da, təəssüf ki, heç bir tədbir görülmədi. O vaxt iddia edilirdi ki, Ziya Məmmədovun bəh-bəhlə Bakıya gətirdiyi həmin Çin istehsalı olan «London taksiləri»nin real qiyməti 7500 dollar olduğu halda, dövlətə 27 min dollardan sırınıb. Sonradan bu bazarın əhatəsi daha da genişləndi. Məşhur taksilər bölgələrə də "ayaq açdı”. Buna ehtiyac olmadığı halda.. "London taksisi” sumqayıtlının, gəncəlinin nəyinə lazımdı və hansı gününə yaraşır? Bu gün ölkədə yaranan iqtisadi böhranın da, geriyə qayıdışın da kökündə bu və ya digər yanlışlıqlar və buraxılan səhvlər durur. "Bəşövşəyi taksi”lərin sırasına çox baha qiymətə xaricdən alıb gətirilən marşrut avtobuslarını da qoşmaq gərəkdir. Sözsüz ki, həmin avtovuslar da real qiymətindən dəfələrlə artıq "başa” gəlib. Bu gün xaricdən gətirilən minik avtomobillərini "NazLifan”la ürəyimizcə olmasa da, əvəz edəcəyik. Bəs, ictimai nəqliyyat? İllərdi ki, "apar-gətir” alveri bu barədə düşünməyə imkan verməyib. Yoxsa, keçən zaman ərzində alternativ bir şey düşünmək lazım idi. Dünya standartlarına tam cavab verməsə də, "ayağımızı yerdən götürən”, belə dar məqamda işimizə yarayan avtobusumuz da olardı...
Dədələrimizin gözəl bir misalı var: "eşşəyə min ata çatınca”. Ancaq bizim məmurlar çox tələsdilər. Əvvəlcə "at” mindilər...
Nəhayət, özümüzə qayıtmağımız, öz malımıza-məhsulumuza dəyər verməyimizin vaxtıdır. Bütün bunlar hamısı təqdirəlayiqdir. Ancaq gecdi-tezdi, onu zaman göstərəcək...Kaş "arxadan atılan daş topuğa” dəyməyə...
Namiq Dəlidağlı
Moderator.az

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR