Sumqayıtda hava

Manşet, Hadisə

Rusiyadan gəlib Azərbaycanda yoxa çıxan qız tapıldı - FOTO



15 yaşlı Telli Axranova artıq ailəsinə təhvil verilib.
"Yanvar ayının 25-də Sumqayıtdan Bakıya gələrkən müəmmalı şəkildə yoxa çıxan 15 yaşlı Telli Axranova tapılıb".
Bu barədə ANS PRESS-ə Daxili İşlər Nazirliyindən məlumat veriblər. Nazirlikdən verilən məlumata görə, 2001-ci il təvəllüdlü Telli Asif qızı Axranova yanvar ayının 25-də Sumqayıtda 1-ci mikrorayon ərazisində yerləşən mənzildən çıxıb və bir daha geri qayıtmayıb. Nazirlik əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Telli Asif qızı Axranova Bakıda tapılıb.
15 yaşlı qız polisə ilkin ifadəsində gəzmək üçün Bakı bulvarına gəldiyini, lakin yolu tapa bilmədiyi üçün azdığını, buna görə də evinə də qayıda bilmədiyini bildirib.
Tellinin valideynləri isə açıqlamasında qızlarının Bakıda qaldığı müddətdə xeyirxah ailələrdən birinin ona sahib çıxaraq öz evlərində saxladığını bildirdilər.
Artıq 15 yaşlı qız ailəsinə təhvil verilib.

Rusiyadan gəlib Azərbaycanda yoxa çıxan qız tapıldı - FOTO


Rusiyadan gəlib Azərbaycanda yoxa çıxan qız tapıldı - FOTO


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR