Sumqayıtda hava

Dünya

Rüşvət aldığı deyilən nazir ağlayaraq istefa verdi - FOTO

Rüşvət aldığı deyilən nazir ağlayaraq istefa verdi - FOTO




Nazir göz yaşı içində 3 ildir durmadan çalışdığını deyib.
Yaponiyanın İqtisadiyyat naziri Akira Amari istefa verib.
ANS PRESS-in məlumatına görə adı rüşvət qalmaqalında çəkilən 66 yaşlı nazir bu gün təşkil etdiyi mətbuat konfransında istefa verəcəyini açıqlayıb.
Nazir "parlamentin üzvü olaraq üzərimə düşən məsuliyyəti dərk edib, bir siyasətçi olmağın qüruru ilə bu gün tutduğum vəzifədən istefa verirəm” deyə bildirib.
Verilən məlumatlara görə, İqtisadiyyat naziri Akira Amari istefa ərizəsini birbaşa Yaponiyanın Baş naziri Shinzo Abeyə təqdim edib. İstefa ərizəsinin qəbul edildiyi bildirilir.
Bir müddət əvvəl Amarinin adı "Weekly Bunshun" adlı jurnalda yardımçıları ilə birlikdə rüşvət qalmaqalında hallanıb. Belə ki, onun bir inşaat şirkətindən 103 min dollar rüşvət aldığı iddia edilir.
Amari mətbuat kofransında sözügedən məbləğ haqqında bir məlumatının olmadığını, ancaq katibi orqanın pulu siyasi ianə olaraq aldığını bildirib. Həmçinin bu vəzifəyə gəldiyi gündən həyatını vəzifəsini yerinə yetirməyə həsr etdiyini bildirən nazir, 3 ildir durmadan, yatmadan, dincəlmədən çalışdığını göz yaşları içində söyləyib.
Amari Abe hökuməti üçün önəmli bir siyasətçi idi. Akira Amari dil xərçəngi ilə mübarizə aparıb. Sağalandan sonra isə ABŞ-la Trans Sakit okean Tərəfdaşlığı ticarət müqaviləsi danışıqları aparıb.

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR