Sumqayıtda hava

Manşet, Cəmiyyət

N.Nərimanov adına mədəniyyət mərkəzi hesabat konserti verib - FOTOLAR

N.Nərimanov adına mədəniyyət mərkəzi hesabat konserti verib - FOTOLAR


N.Nərimanov adına mədəniyyət mərkəzi hesabat konserti verib - FOTOLAR


Bu gün Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin hesabat konserti və əl işlərindən ibarət sərgisi keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən "Yenisumqayit.az"a bildirilib ki, mədəniyyət mərkəzinin foyesində qurulan "Rəssamlıq” və "Biçmə-tikmə” kurslarının əl işərindən ibarət sərgisi tamaşaçıların marağına səbəb olub. Şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov sərgi ilə tanış olub, tikiş ustaları və gənc rəssamlarla görüşərək xoş söhbət edib.
Daha sonra özfəaliyyət kollektivi konsert proqramı ilə çıxış edib. "Pöhrə” aşıqlar ansamblının, aşıq Elməddin Məmmədlinin, "Segah” muğam üçlüyünün, "Dəcəllər” rəqs qrupunun çıxışı və İllüziyaçı Fərhad Dadaşovun nümayiş etdirdiyi illüziya nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək maraqlı konsert proqramına görə kollektivə təşəkkürünü bildirib:
"Belə kollektivlərin sayı artırılmalı və istedadlı insanlar üzə çıxarılmalıdır. Biz təkcə mədəniyyət evlərində çıxış etməklə işimizi bitmiş hesab edə bilmərik. Daha böyük nailiyəyətlər əldə etmək üçün öz üzərimizdə işləməliyik ki, tək şəhərimizdə deyil, respublika və beynəlxalq əhəmiyyətli müsabiqə, festival və konsertlərdə iştirak edə bilək.”
Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun başladığı tikinti-quruculuq işlərinə diqqəti çəkən Mehman Şükürov artıq bir neçə mədəniyyət obyektinin tikintisinə başlanıldığını, təmir, tikinti və quruculuq işlərinin davamlı olacağını bildirib. Sonda idarə rəisi kollektivə əlindən gələn köməyi əsirgəməyəcəyini deyib, fəaliyyətində uğurlar arzulayıb.

N.Nərimanov adına mədəniyyət mərkəzi hesabat konserti verib - FOTOLAR


N.Nərimanov adına mədəniyyət mərkəzi hesabat konserti verib - FOTOLAR


N.Nərimanov adına mədəniyyət mərkəzi hesabat konserti verib - FOTOLAR


N.Nərimanov adına mədəniyyət mərkəzi hesabat konserti verib - FOTOLAR


N.Nərimanov adına mədəniyyət mərkəzi hesabat konserti verib - FOTOLAR


N.Nərimanov adına mədəniyyət mərkəzi hesabat konserti verib - FOTOLAR


N.Nərimanov adına mədəniyyət mərkəzi hesabat konserti verib - FOTOLAR


N.Nərimanov adına mədəniyyət mərkəzi hesabat konserti verib - FOTOLAR


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR