Sumqayıtda hava

Hadisə

Polis əməkdaşının bacısını oğurlamaq istəyən qardaşların cəzası azaldılıb

Polis əməkdaşının bacısını oğurlamaq istəyən qardaşların cəzası azaldılıb



Sumqayıt Apellyasiya Məhkəməsində qanunsuz olaraq, odlu silah saxlamaqda təqsirləndirilən Quba rayon sakinləri Vəfanur Məmmədov və onun qardaşı Vəfadar Məmmədovun apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başa çatıb. Vəkil Fariz Namazlının APA-ya verdyi məlumata görə, məhkəmə təqsirləndirilən şəxslərin hər birinin cəzasını 4 il azaldıb. Məhkəmənin qərarı ilə Vəfanur Məmmədovun cəzası 3 il, Vəfadar Məmmədovun cəzası isə 3 il 6 ay təyin edilib.
Qeyd edək ki, hər 3 şəxs Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar qanunsuz olaraq silah saxlama, gəzdirmə və Qubanın Nügədi kənd sakini Mərziyyə Osmanovanı oğurlamağa cəhddə ittiham olunublar.
İttihama görə, Vəfadar Məmmədov Nizami Nəcəfov və Vəfanur Məmmədovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə Quba rayonu II Nügədi kənd sakini Osmanova Mərziyyə Atamoğlan qızının oğurlanmasını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən döyüş sursatları və partlayıcı maddələr əldə edib saxlamaqla adam oğurluğuna hazırlıq cinayəti törədiblər. Mərziyyə Osmanova Quba Rayon Polis Şöbəsinin əməkdaşının bacısıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Nəcəfov 8 il, Vəfadar Məmmədov 7 il, Vəfanur Məmmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslərdən N.Nəcəfov apellyasiya şikayəti versə də, sonradan şikayətdən imtina edib.

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR