Sumqayıtda hava

Cəmiyyət

“Sumqayıt yeniyetmələrinin ilk vokal müsabiqəsi”nin “Qala konsert”i keçirildi - FOTOLAR

“Sumqayıt yeniyetmələrinin ilk vokal müsabiqəsi”nin “Qala konsert”i keçirildi - FOTOLAR



Prezidenti yanında Gənclər Fondunun maliyyə, Mədəniyyət və Turizm Nazirliyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, həmçinin, "SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının təşkilatı dəstəyi ilə "Sumqayıt yeniyetmələrinin ilk vokal müsabiqəsi”nin "Qala konsert”i Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət məktəbində baş tutub.
Sumqayıt şəhərində keçirilən müsabiqənin əsas məqsədi yeniyetmə və gənclərimizdə bu musiqiyə marağın artırılması, bu sahəyə töhfə vermiş azərbaycanlıların təbliği, eləcə də, bu musiqi janrı ilə məşqul olan yeniyetmələri və vokal musiqisini diqqət mərkəzində saxlamaqdır.
Layihənin təşkilatçısı Təbriz Xosrovun "Yenisumqayit.az"a verdiyi məlumata görə, layihəyə 50-dən çox namizəd sənədlərini verib, lakin 25 namizədin sənədləri komissiya tərəfindən təsdiqlənib. Münsiflər heyəti tərəfindən "Qala konsert”ə 10 iştirakçı seçilib. "Qala konsert”in son hazırlığında iştirakçıların yenidən qiymətləndirilməsi aparılıb və qalib münsiflərin balları əsasında seçilib.
Təbriz Xosrov layihəyə Gəncə, Lerik, Şəmkir, Biləsuvar kimi digər bölgələrdən də müraciət etmək istəyən namizədlərin olduğunu vurğulayıb.
Müsabiqə iştirakçıları peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər arasında əməkdar müəllim, əməkdar artist adını almış və həmçinin beynəlxalq festivallar lauriyyatı olmuş şəxslər də olub. "Qala konsert”in sonunda "Sumqayıt yeniyetmələrinin ilk vokal müsabiqəsi”nin qalibinin adı açıqlanıb.
Tədbirin qalibləri I yer Adıgözəlli Mirməhəmməd, II yer Cəbrayılov Riad, Məmmədli Kənan, III yer Namazova Lalə, Aslanova Şahnaz, Abdalov Murad seçilib.
Bütün iştirakçılar hədiyyələrlə təltif olunub.

“Sumqayıt yeniyetmələrinin ilk vokal müsabiqəsi”nin “Qala konsert”i keçirildi - FOTOLAR


“Sumqayıt yeniyetmələrinin ilk vokal müsabiqəsi”nin “Qala konsert”i keçirildi - FOTOLAR


“Sumqayıt yeniyetmələrinin ilk vokal müsabiqəsi”nin “Qala konsert”i keçirildi - FOTOLAR


“Sumqayıt yeniyetmələrinin ilk vokal müsabiqəsi”nin “Qala konsert”i keçirildi - FOTOLAR


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR