Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Gənclər günü”nə həsr edilmiş sərgi açılıb

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Gənclər günü”nə həsr edilmiş sərgi açılıb



Bu gün Sumqayıt şəhər Mədəniyyət və Turizm Idarəsi, Sumqayıt Dövlət Rəsm Qalereyası, Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsi, "Nəqşi-cahan” Qalereyası, "Mina Qurbanlarının Sosial-İqtisadi problemlərinin Həllinə Kömək” İB, "Məşəl Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” İB, və "Qarabağ Əlilləri və Veteranları” İB-in birgə təşkilatçılığı ilə Sumqayıt Dövlət Rəsm Qalereyasında 2 Fevral "Gənclər günü”nə həsr edilmiş "Rənglərin arzusu” adlı fərdi sərgi keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat Xidmətinin məlumatına görə, sərginin keçirilməsində məqsəd istedadlı gənc rəssamlara dəstək olmaq və onların incəsənətə olan marağını daha da artırmaqdır.
Gənc rəssamlardan Ceyhun Ənvərzadə, Ülkər Məmmədl, Zeynəb Yaqubova, Nərmin İsmayılzadə, Lalə Həşimlinin də qatıldığı sərgidə ümumilikdə 300 ədəd rəngkarlıq işi nümayiş edilib. Bu əsərlər arasında natürmort, mənzərə, portret və s. janrlar yer tutub.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova sərginin gənclər üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Daha sonra Məmmədhəsən Həsənov, Alman Abbasov, Növrəstə Yusifova, Ceyran Axundova, Dövlət Rəssamlıq Akademiyasının dosenti, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev və digərləri çıxış edərək gəncləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıblar.
Sonda sərgidə iştirak edən gənclər fəxri fərman və hədiyyəllərlə təltif olunublar.
Eyni zamanda qonaqlar sərginin təşkilində yaxından iştirakına görə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürovu və Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Rəşidovanı fəxri fərmanla təltif ediblər.
Tədbirdə gənc rəssamların canlı etüdü və sərgiyə dəstək verən sənət adamları, müğənnilər Nadir Bayramlı, Bahar Lətifqızı, Şəbnəm Tovuzlunun çıxışı böyük maraqla qarşılanıb.
Xatırladaq ki, tədbir bir həftə davam edəcək.

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Gənclər günü”nə həsr edilmiş sərgi açılıb


Sumqayıt Dövlət Rəsm Qalereyasında “Gənclər günü”nə həsr edilmiş sərgi açılıb


Sumqayıt Dövlət Rəsm Qalereyasında “Gənclər günü”nə həsr edilmiş sərgi açılıb


Sumqayıt Dövlət Rəsm Qalereyasında “Gənclər günü”nə həsr edilmiş sərgi açılıb


Sumqayıt Dövlət Rəsm Qalereyasında “Gənclər günü”nə həsr edilmiş sərgi açılıb


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR