Sumqayıtda hava

Cəmiyyət

TQDK magistr imtahanlarının tarixini açıqladı

TQDK magistr imtahanlarının tarixini açıqladı



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-cı ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və tibb ixtisaslarının rezidentura səviyyəsinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafikini açıqlayıb.
Qurumun Mətbuat Xidmətinin məlumatına görə, bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu 10- 19 fevral, qəbul imtahanının 1-ci mərhələsi 6 mart, proqram seçimi 3 - 10 may, qəbul imtananının 2-ci mərhələsi 5 iyun, bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 29 iyun - 11 iyul, boş qalan yerlərə ixtisaslaşma seçimi 8 - 14 avqust, boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 16-25 avqust tarixlərində keçiriləcək.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə:

- ərizə qəbulu

10- 19 fevral

- QƏBUL İMTAHANI - 1-ci mərhələ

06 mart

- jurnalistika ixtisaslaşmalarını seçən bakalavların qeydiyyatı

11-20 aprel

- jurnalistika ixtisaslaşmalarını seçən bakalavların qabiliyyət imtahanı

26-29 aprel

- proqram seçimi

03- 10 may

- QƏBUL İMTAHANI - 2-ci mərhələ

05 iyun

- AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı

9-12 iyun

-AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların müsahibəsi

13, 14, 16, 17 iyun

- ixtisaslaşma seçimi

09-16 iyun


-bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

29 iyun – 11 iyul

-boş qalan yerlərə ixtisaslaşma seçimi

08- 14 avqust

- boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

16-25 avqust

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:

- ərizə qəbulu

01- 10 mart

- QƏBUL İMTAHANI 1-ci mərhələ

03 aprel

- QƏBUL İMTAHANI 2-ci mərhələ     

29 iyul 

- ixtisaslaşma seçimi

01 -07 avqust

- namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

09-15 avqust

- boş qalan yerlərə ixtisaslaşma seçimi

19-22 avqust

- boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

24-25 avqust


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR