Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda “Gənclər günü” münasibətilə konsert keçirilib - FOTOLAR

Sumqayıtda “Gənclər günü” münasibətilə konsert keçirilib - FOTOLAR



Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində 2 fevral "Gənclər günü” münasibətilə konsert keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat Xidmətindən "Yenisumqayit.az"a verilən məlumata görə, Konsertdə mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivləri müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.
Gənc ifaçılar Zaur Yusifli, Tünzalə Məmmədova, İlkin Tahirov, Günay Sadıqova, Pənah Məmmədov, Təranə Nuri, Kənan Məmmədov, Mirvüsal Mövsümzadə və Müşfiq Əliyev xalq və bəstəkar mahnıları ilə tamaşaçıların zövqünü oxşayıb.
"Turan” milli rəqs qrupunun və "Şahinlər” rəqs qrupunun çıxışı tədbiri daha da rövnəqləndirib.
Tanınmış müqənni Allahverdi Xəyal bayram proqramına qatılaraq öz çıxışı ilə gəncləri təbrik edib.
Sonda gənc ifaçılar və rəqs qrupları Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi tərəfindən mədəni-kütləvi tədbirlərdə fəal iştiraklarına görə fəxri fərmanla təltif ediliblər.

Sumqayıtda “Gənclər günü” münasibətilə konsert keçirilib - FOTOLAR


Sumqayıtda “Gənclər günü” münasibətilə konsert keçirilib - FOTOLAR


Sumqayıtda “Gənclər günü” münasibətilə konsert keçirilib - FOTOLAR


Sumqayıtda “Gənclər günü” münasibətilə konsert keçirilib - FOTOLAR


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR