Sumqayıtda hava

Cəmiyyət

Gənclər Evində Gənclər Günü qeyd olundu

Gənclər Evində Gənclər Günü qeyd olundu


Gənclər Evində Gənclər Günü qeyd olundu


Gənclər Evində Gənclər Günü qeyd olundu



Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Sumqayıt Gənclər Evi”ndə "2 fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə bədii-əyləncəli bayram tədbiri keçirilib.
İdarədən "Yenisumqayit.az"a verilən məlumata görə, bayram tədbirində müxtəlif sahələri təmsil edən ictimai-fəal gənclərlə yanaşı, könüllü olaraq fəaliyyət göstərən gənclər də iştirak edib. Tədbirdə çıxış edən Baş İdarə və Gənclər Evinin əməkdaşları əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən qayğıdan və yaradılan şəraitdən danışıb, iştirakçıları Gənclər Günü münasibətilə təbrik ediblər.
Tədbirin bədii hissəsində Gənclər Evinin rəqs dərnəyinin hazırladığı müxtəlif rəqs nümunələri nümayiş olunub, maraqlı intellektual oyunlar keçirilib. Sonda Sumqayıt Gənclər Evinin fəaliyyətində könüllü olaraq iştirak etmiş 5 nəfər fəal gəncə Baş İdarənin könüllülük Sertifikatları təqdim olunub.

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR