Sumqayıtda hava

Cəmiyyət

Uşaq oğurlamaqda günahlandırılan qadının məhkəməsi başlayıb

Uşaq oğurlamaqda günahlandırılan qadının məhkəməsi başlayıb


Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı uşağın oğurlamaqda təqsirli bilinən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Məhkəmə prosesinə hakim Ramella Allahverdiyeva sədrlik edib.

Prosesdə şahid ifadələri dinlənilib. Təqsirləndirilən şəxsin ifadə verməsi növbəti proseslərə saxlanılıb və növbəti məhkəmə prosesinin yanvarın 14-nə təyin olunduğu elan edilib.

Qeyd edək ki, 2014-cü il, avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova Daxili İşlər Nazirliyi və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə Nəsimi parkında olarkən iki aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.

Müəyyən edilib ki, 2004-cü ildə Türkiyə vətəndaşı ilə ailə qurmuş Xırda Babayeva övladları olmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlib, özünü “İmkansız ailələrə yardım fondu”nun nümayəndəsi kimi təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanıb.

Orada Aysel Əhmədova ilə tanış olub, körpəsini gördükdə onu oğurlamaq qərarına gəlib. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə verib, onlarla birlikdə parka gəzintiyə çıxıblar. Yaranmış fürsətdən istifadə edən Xırda Babayeva körpəni oğurlayaraq hadisə yerindən yayınıb.

Sonradan A.Əhmədova körpəsini uşaq evinə verib. O, bu qərarını övladını saxlaya bilməməsi ilə izah edib.

Təqsirləndirilən şəxs isə ifadəsində uşağın anası ilə parkda tanış olduğunu, uşağı pul müqabilində ona satdığını deyib.


(sumqayitxeber.com)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR