Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda milli hərbi-vətənpərvərlik filmləri həftəsi keçirilib

Sumqayıtda milli hərbi-vətənpərvərlik filmləri həftəsi keçirilib

 

Sumqayıtda milli hərbi-vətənpərvərlik filmləri həftəsi keçirilib


Sumqayıtda milli hərbi-vətənpərvərlik filmləri həftəsi keçirilib



Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində milli hərbi-vətənpərvərlik filmləri həftəsi keçirilib.
"Sumqayitxeber.com"un məlumatına görə layihə çərçivəsində hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş filmlərimiz nümayiş olunub.
"Milli hərbi-vətənpərvərlik filmləri həftəsi” layihəsinin rəhbəri Günel Məmmədova mətbuata açıqlamasında bildirib ki, layihənin əsas məqsədi gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olmaq, hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş milli filmlərimizin gənclər arasında təbliğ etmək, gənclərin asudə vaxtını səmərəli keçirtməsinə dəstək olmaqdır.
Layihə rəhbəri bildirib ki, bu mövzuda çəkilmiş filmlərimizin gənclər arasında təbliğinə ehtiyac duyulurdu:
"Son illərdə vətənpərvərlik mövzusunda istər bədii, istərsə də sənədli filmlər çəkilsə də həmin filmlərin təbliğat işləri aparılmır. Gənclər və yeniyetmələr arasında belə filmlərin təbliği və həmin filmləri nümayiş etdirərək gənclər arasında vətənpərvərlik hissini aşılamaq üçün "Milli hərbi vətənpərvərlik filmləri həftəsi” layihəsi ideyası ortalığa çıxdı. Layihə gənclər tərəfindən maraqla qarşılandı, gələcəkdə bu layihənin davamlılığı üçün çalışacağıq.”

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR