Sumqayıtda hava

Manşet, Cəmiyyət

“Azərikimya”da işçilərin əməyinin mühafizəsi diqqət mərkəzindədir

“Azərikimya”da işçilərin əməyinin mühafizəsi diqqət mərkəzindədir


“Azərikimya”da işçilərin əməyinin mühafizəsi diqqət mərkəzindədir


“Azərikimya”da işçilərin əməyinin mühafizəsi diqqət mərkəzindədir


“Azərikimya”da işçilərin əməyinin mühafizəsi diqqət mərkəzindədir


Fevralın 8-də "Azərikimya” İB-nin akt zalında Birliyin müəssisə və idarə rəhbərlərinin, baş mühəndislərinin və aparıcı mütəxəssislərinin iştirakı ilə 2015-ci ildə işçilərin əməyinin mühafizəsi sahəsində görülmüş işlərin illik hesabatının müzakirəsinə həsr olunmuş geniş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə "Azərikimya” İB-nin İçraçı direktorunun Əməyin mühafizəsi və ətraf mühitin qotunması üzrə müavini Vüqar Kərimov açıb, kimyaçilarin əməyinin qorunmasını "Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”nin tələblərinə uyğun şəkildə təşkil edən "Azərikimya” İB-də ötən ildə də işçilərinin təhlükəsizliyinin qorunması, əmək şəraitinin yaxşılaşdırılması, ekoloji mühitin sağlamlaşdırılması, əməkçilərin fərdi mühafizə vasitələri və xüsusi geyimlərlə təmin olunması istiqamətində mühüm addımlar atıldığını qeyd edib, ağır və zərərli sahələrdə yeni texnologiyanın tətbiqinə geniş yer verildiyini, etibarlı və təhlükəsiz iş mühiti yaratmaq, qəzalardan yayınmaq, ətraf mühitlə bağlı problemlərin həlli yollarını müəyyənləşdirmək və yüksək ekoloji səmərəliliyə nail olmaq istiqamətində İSO 9001:2008, İSO 14001:2004, OHSAS 18001:2007 beynəlxalq standartlarının tətbiqi və sertifikatlaşdırılması işlərinin yerinə yetirilməsi məqsədilə işçi qrup yaradıldığını vurğulayıb.
Sonra "Azərikimya” İB-nin Əməyin mühafizəsi və ekologiya şöbəsinin bu istiqamətdə görülmüş işlərlə bağlı hesabatı dinlənilib. Hesabatda vurğulanıb ki, Birliyin struktur bölmələrində çalışan hər bir işçi fərdi mühafizə vasitələri ilə tam təmin olunub, həyata keçirilən tədbirlər nəticəsində il ərzində 460 işçinin, o cümlədən 300 qadının əmək şəraiti yaxşılaşdırılıb. Daxili nizam-intizam qaydalarına uyğun olaraq Birlik müəssisələrində il ərzində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qayda və normalarını pozan mühəndis-texniki işçilərə və fəhlələrə xəbərdarlıq talonları təqdim edilməklə, intizam tənbehi tədbirləri görülüb, nümunəvi işi və niziam-intizamı ilə digərlərinə nümunə olan 38 nəfər işçiyə isə fəxri fərman və pul mükafatı təqdim edilib.
Tədbirin sonunda əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində nümunəvi işi və nizam-intizamı ilə digərlərinə örnək olan bir qrup kimyaçıya fəxri fərmanlar təqdim olunub.


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR