Sumqayıtda hava

İqtisadiyyat

Həftə sonunda Sumqayıtda növbəti satış-yarmarkaları təşkil edilib

Həftə sonunda Sumqayıtda növbəti satış-yarmarkaları təşkil edilib


Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması məqsədilə Sumqayıt şəhərində də təxirəsalınmaz tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, şəhərdə növbəti satış-yarmarkaları sakinlərin istəyi nəzərə alınaraq 3 yerdə - 12-ci mikrorayon, 42-ci məhəllə və "Köhnə avtovağzal” adlanan ərazidə təşkil olunub. Həftənin şənbə və bazar günləri təşkil olunan yarmarkada satışa 500 tondan çox kənd təsərrüfatı məhsulları çıxarılıb. Məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar laboratoriyalarla təmin olunub.
Əhaliyə təqdim olunan məhsulların qiyməti bazarlardakılardan 25-30 faiz ucuzdur. Şəhər sakinləri çoxçeşidli kənd təsərrüfatı məhsullarını həvəslə alıblar, məhsulların keyfiyyətinə və qiymətin ucuz olmasına görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Şəhər icra hakimiyyətindən bildiriblər ki, hüquq mühafizə orqanlarının və digər ictimai qurumların nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb, şəhər ərazisində fəaliyyət göstərən iri ticarət şəbəkələrində monitorinqlər keçirilib, strateji əhəmiyyət kəsb edən ərzaq məhsullarının qiymətlərinə və keyfiyyətinə nəzarət olunub, aşkar edilmiş nöqsanlar barədə iradlar bildirilərək sahibkarların diqqətinə çatdırılıb.
"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR