Sumqayıtda hava

Cəmiyyət

Sərbəst güləş üzrə gənclər arasında şəhər birinciliyinə yekun vurulub

Sərbəst güləş üzrə gənclər arasında şəhər birinciliyinə yekun vurulub


10-11 fevral 2016-cı il tarixlərində "Alüminiumçu” İdman Evində sərbəst güləş üzrə "5 Mart - Bədən Tərbiyəsi və İdman günü”nə həsr edilmiş 1996-98-ci il təvəllüdlü gənclər arasında şəhər birinciliyi keçirilib.
Bu barədə "Yenisumqayit.az"a Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən məlumat verilib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində davam edən yarışda Orxan Mirzəyev (50kq), Gülyar Cəbrayılov (55kq), Kənan Ağamalızadə (60kq), Anar Baxışov (66kq), Cəlal Nağıyev (74kq), Təvəkkül Sərdarov (84kq), Fərid İsmayılov (96kq) və Fuad Şahverənov (120kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunub.
"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR