Sumqayıtda hava

Cəmiyyət

Mədəniyyət və Turizm idarəsinin rəisi millət vəkillərini sıx əməkdaşlığa çağırdı

Mədəniyyət və Turizm idarəsinin rəisi millət vəkillərini sıx əməkdaşlığa çağırdı

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər Gənclər Evində Milli Məclisin deputatları - Muxtar Babayev və Tahir Mirkişilinin Sumqayıt şəhər mədəniyyət işçiləri ilə görüşü keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən "Yenisumqayit.az"a bildirilib ki, görüşdə deputatlar dünyada baş verən ictimai-siyasi hadisələr, ölkənin sosial-iqtisadi durumu, qeyri-neft sektorunun inkişafı, siyasi sabitlik və mədəniyyət siyasəti ilə bağlı fikirlərini bildiriblər. Ölkənin siyasi-iqtisadi inkişafı və mədəniyyət sahəsində uğurların qazanılması yolunda mədəniyyət işçilərinin üzərinə düşən vəzifələrə toxunan deputatlar bildiriblər ki, cəmiyyətin sağlam və savadlı, intellektual olması kitab və kitabxanalara, o cümlədən musiqiyə marağın artmasından çox asılıdır.
Görüşdə Sumqayıtda mədəniyyət sahəsini əhatə edən problemlərdən də geniş söhbət açılıb və həlli yolları müzakirə edilib. Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edərək son üç ayda mədəniyyət müəssisələrində keçirilən tədbirlər haqında qısa məlumat verib və deputatları mədəniyyət işçiləri ilə sıx əməkdaşlığa çağırıb.
Tədbirin sonunda deputatlar mədəniyyət işçiləri və KİV nümayəndələrinin suallarını cavablandırıb, təkliflərini dinləyiblər.
"Yenisumqayit.az"

Mədəniyyət və Turizm idarəsinin rəisi millət vəkillərini sıx əməkdaşlığa çağırdı

Mədəniyyət və Turizm idarəsinin rəisi millət vəkillərini sıx əməkdaşlığa çağırdı

Mədəniyyət və Turizm idarəsinin rəisi millət vəkillərini sıx əməkdaşlığa çağırdı

Mədəniyyət və Turizm idarəsinin rəisi millət vəkillərini sıx əməkdaşlığa çağırdı





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR