Sumqayıtda hava

Cəmiyyət

Gənclər Evində fəal gənclərlə görüş keçirilib

Fevralın 16-da Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə "Sumqayıt Gənclər Evi”ndə şəhərin müxtəlif sahələrini təmsil edən ictimai-fəal gənclər, tələbə gənclər və qeyri-hökumət gənclər təşkilatlarının fəal nümayəndələri ilə görüş keçirilib.
Şəhər Gənclər və İdman Baş İdarəsindən "Yenisumqayit.az"a verilən məlumata görə, görüşdə şəhər İcra Hakimiyyətinin və media qurumlarının nümayəndələri də iştirak ediblər.
Tədbirdə çıxış edən İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev və Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov ölkə gənclərinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu, onlara bilik və bacarıqlarının inkişaf etdirməsi, təşəbbüslərinin reallaşdırılması üçün hərtərəfli şərait yaradıldığını vurğulayıblar.Natiqlər sumqayıtlı gənclərin Respublikamızın və şəhərimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, sülhün, tolerantlığın və qarşılıqlı anlaşmanın təşviqində fəal iştirak etdiyini bildiriblər. İstər bu görüşün, istərsə də İcra Hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt şəhərindən Milli Məclisə seçilmiş Millət Vəkillərinin sahibkarlarla, təhsil, səhiyyə, mədəniyyət, təsərrüfat sahəsində çalışan gənclərlə və idman ictimaiyyəti nümayəndələri ilə görüşləri doğma şəhərimizdə aparılan quruculuq və abadlıq işləri, həyata keçirilən yeni layihələr, mövcud sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar haqqında verilən məlumatlarla yanaşı, onların qayğı və problemləri ilə yaxından tanış olmaq, arzu və təkliflərini öyrənmək məqsədi daşıdığını diqqətə çatdırıblar. Sevindirici haldır ki, artıq gənclərin təşəbbüsü ilə "Sumqayıt uğrunda” facebook səhifəsi yaradılmış və səhifədə şəhərimizin inkişafı, sabitliyi və görülən işlər, müsabiqələr, gələcək layihələrlə bağlı yazılar və təkliflər öz əksini tapdığı qeyd edilib.
Sonda gənclərə şəhərin bütün infrastrukturu ilə bağlı yeni layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğu haqda məlumat verilib, layihələrdə yaxından iştirak etməyə dəvət edilib və təkliflərin Baş İdarənin elektron poçt ünvanına (sumqayit_genc@mail.ru) göndərilməsi xahiş olunub.
"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR