Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda sosial sığorta ödəyicisi və pensiyaçıların müraciətlərinə baxılıb

Sumqayıtda sosial sığorta ödəyicisi və pensiyaçıların müraciətlərinə baxılıb

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev fevralın 18-də Fondun Sumqayıt şəhər şöbəsinin inzibati binasında məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. Fond sədrinin qəbuluna gələn Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qobustan və Qubadlı rayonlarının sakinləri əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi, o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarında nəzərə alınması kimi məsələlərlə bağlı müraciət ediblər. Görüş zamanı həmçinin, dövlət qulluqçusu kimi pensiya təyin olunması, əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin staja daxil edilməsi və digər məsələlər barədə təklif və şikayətlər dinlənilib.

Vətəndaşların rahatlığının təmin olunması məqsədilə Fondun rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, qəbulda iştirak edənlərin qəbulun keçirildiyi ünvana aparılıb-gətirilmələri təmin olunub.

Qəbul zamanı ümumilikdə 40-dan çox vətəndaşın müraciətinə baxılıb. "Açıq qapı” şəraitində davam etdirilən görüşdə DSMF sədri Elman Mehdiyev vətəndaşların müraciətlərini diqqətlə dinləyib, problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verib. Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

Sakinlər pensiyaçılara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR