Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Gənclər Evində tələbə-gənclər təşkilatı ilə görüş keçirilib

Sumqayıt Gənclər Evində tələbə-gənclər təşkilatı ilə görüş keçirilib

Fevralın 21-də Sumqayıt Gənclər Evində Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkilatının idarə heyyətinin iclası keçirilib.

İclasda tələbə-gənclər təşkilatının 2015-ci il ərzində gördüyü işlər, növbəti II rübdə həyata keçirilməsi planlaşdırılan tədbirlər, prespektivlər, tələbə-gənclərin fəaliyyətinin stimullaşdırılması, onların təhsillə yanaşı ictimai işlərə həvəsləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili üçün maraq sahələrinə uyğun tədbirlərin keçirilməsi müzakirə olunub. Baş İdarənin Gənclər iş sektorunun baş məsləhətçisi Ceyhun Hüseynov və Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkiltının sədri Elvin Gülməmmədov ölkə tələbələrinin fonunda sumqayıtlı tələbə-gənclərin də daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu, tələbə-gənclər təşkilatlarının layihə və proqramlarının dəstəkləndiyini, təşəbbüslərinin reallaşdırılması üçün hərtərəfli şərait yaradıldığını vurğulayıblar.

Sonda tələbə-gənclər şəhərimizin inkişafı və sabitliyi uğrunda görülən işlərdə, layihələrdə yaxından iştirak etməyə dəvət edilib və təkliflərin Baş İdarənin elektron poçt ünvanına (sumqayit_genc@mail.ru) göndərilməsi xahiş olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR