Sumqayıtda hava

Manşet, Cəmiyyət

Gənclər Evində “Layihə yazılışı” təlimi keçirildi - FOTOLAR

Gənclər Evində “Layihə yazılışı” təlimi keçirildi - FOTOLAR

Gənclər Evində “Layihə yazılışı” təlimi keçirildi - FOTOLAR

Gənclər Evində “Layihə yazılışı” təlimi keçirildi - FOTOLAR

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 20-21 fevral 2016-cı il tarxində "Sumqayıt Gənclər Evi”ndə "Layihə yazılışı” mövzusunda təlim keçirilib.

İdarədən "Yenisumqayit.az"a verilən məlumata görə, təlimdə Bakı və Sumqayıtdan 45-ə yaxın fəal gənc iştirak edib.

Təlimçi "Demokratik Gənclər İctimai Birliyi”nin sədri Ramil Süleymanov tərəfindən verilən təlimdə gənclərə layihə yazılışı və planlaşdırma mərhələləri, problemin təsviri, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, fəaliyyətlərin idarə olunması, risk və indikatorlardan istifadə, büdcə və icra planı tərtibatı kimi istiqmətlər interaktiv metodlarla izah edilib, gənclər arasında layihə yazılışı üzrə qrup çalışmaları təşkil edilib.

Təlimin 2-ci günündə çıxış edən Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov ölkədə aparılan uğurlu dövlət siyasətinin nəticəsi olaraq artıq gənclərin cəmiyyətin bütün sferalarında uğurla təmsil olunduğunu, gənclərin Azərbaycan dövlətinə və dövlətçiliyinə hörmət ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, Sumqayıt dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyi şəhərlərdəndir. Bu gün şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri, bu işlərdə gənclərin təşəbbüslərinə yer verilməsi, təkliflərinin dinlənilməsi şəhər rəhbərliyinin gənclərə olan diqqət və qayğısının bariz nümunəsidir.Sonda təlim iştirakçılarına Baş İdarənin sertifikatı təqdim edilib və növbəti təlimin cari ilin 11-12 mart tarixində keçirilməsinin planlaşdırılığı bildirilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR