Sumqayıtda hava

Elan

Sumqayıtda ilk dəfə - "Maliyyə karyerası" masterklası

Sumqayıtda ilk dəfə - "Maliyyə karyerası" masterklası

Next Tuition Centre növbəti ÖDƏNİŞSİZ təlimini elan edir!

Sumqayıtda ilk dəfə "Maliyyə karyerası" adlı Master Class!

Elşən Rəhimov Barattson School of Business & Finance şirkətinin qurucusudur. Barattson School of Business & Finance dünyada ilk və yeganə şirkət olaraq fəaliyyətinin birinci ilində ACCA Gold ALP (Qızıl statuslu Təsdiqlənmiş Təhsil Partnyoru) statusunu qazanmışdır.Elşən Rəhimov ACCA DipIFR, CIMA DipMA kvalifikasiyalarının sahibidir. O, ACCA və CIMA kvalifikasiyaları üzrə hər birindən müvafiq olaraq 10 imtahandan müvəffəqiyyətlə keçmişdir. Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Azərbaycanın aparıcı mütəxəssisi olan Elşən Rəhimov 12 illik təlimçilik təcrübəsinə malikdir və minlərlə peşəkar mühasibə ACCA və CIMA kvalifikasiyaları, xüsusən də ACCA DipIFR və CIMA CMGA proqramı üzrə ingilis və rus dillərində uğurla təlim keçmişdir.Keçmişdə Elşən Rəhimov GRBS şirkətinin təsisçisi və idarəedici partnyoru olmuş, bu tədris mərkəzində ACCA, CIMA və digər maliyyə və mühasibatlıq kurslarında üç dildə (İngilis, Rus və Azərbaycan) əsas təlimçi kimi fəaliyyət göstərmişdir. O, eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyində Beynəlxalq Maliyyə Hesabatı Standartlarının tətbiqi layihəsində aparıcı konsultant vəzifəsində çalışmış və 40-dan cox Milli Mühasibat Uçotu Standardlarının hazırlanmasında bilavasitə iştirak etmişdir.

Master Class haqqında məlumat:

Tarix: 28 Fevral 2016 (Bazar günü) Saat: 16:00 - 18:00

Ünvan: Sülh Plaza 4-cü mərtəbə (Mərkəzi Avtovağzalın yanı)

Qeydiyyatdan keçmək üçün səhifənin mesaj bölməsinə Ad / Soyad / Əlaqə nömrəsi / Email ünvan qeyd etmək kifayətdir.

Əlavə məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:

Telefon: 070 207 37 67

Email: office@hmd.az

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR