Sumqayıtda hava

Cəmiyyət

Mərkəzi Uşaq kitabxanasında Abdulla Şaiqin 135 illik yubileyi qeyd edilib

Mərkəzi Uşaq kitabxanasında Abdulla Şaiqin 135 illik yubileyi qeyd edilib

Mərkəzi Uşaq kitabxanasında Abdulla Şaiqin 135 illik yubileyi qeyd edilib

Mərkəzi Uşaq kitabxanasında Abdulla Şaiqin 135 illik yubileyi qeyd edilib

Mərkəzi Uşaq kitabxanasında Abdulla Şaiqin 135 illik yubileyi qeyd edilib

Bu gün Sumqayıt şəhər Mərkəzi Uşaq kitabxanasında görkəmli şair Abdulla Şaiqin 135 illik yubileyi münasibətilə tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan kitabxanaçı Qənimə Baqişova şairin həyatı və yaradıcılığı haqqında məlumat verib.Daha sonra 5 saylı orta məktəbin kitabxanaçısı Şirin Abdullayeva və müəllimə Arzu Əliyeva şairin uşaq ədəbiyyatına verdiyi təhfələr haqqında fikir bildiriblər.Tədbirdə 5 saylı orta məktəbin şagirdlərinin ifasında Abdulla Şaiqin hekayələri, təmsil və şeirləri səslənib. Şairin təmsilləri əsasında nümayiş etdirilən bədii kompozisiya və səhnəciklər tədbiri daha da rövnəqləndirib.Xatırladaq ki, ay ərzində Mərkəzi uşaq kitabxanası silsilə tədbirlər keçirib. Belə ki, 17 saylı "Ayla” uşaq bağçasında Azərbaycan nağılları əsasında nağıl saatı keçirilib. Körpə fidanlar üçün "Yaxşılığa yaxşılıq”, "Cığal sərçə”, "Tənha qu quşu” nağılları ucadan oxunub.2016-cı ilin "Uşaq ədəbiyyatı ili” elan edilməsi ilə əlaqədar olaraq "Uşaq ədəbiyyatı xəzinəsindən” adlı sərgi tərtib edilib. Kitabxanada tərtib edilmiş sərgidə "Nağıllar aləminə səyahət” və "Dünya uşaq ədəbiyyatı” yarımbaşlığı altında 60-a yaxın çox sevilən və oxunan folklor nümunələri, ayrı-ayrı ölkələrin uşaq yazarlarının əsərləri nümayiş etdirilib.Kitabxanada "Uşaq ədəbiyyatı ili” ilə əlaqədar dünya ədəbiyyatının uşaq yazarlarının yaradıcılığının təbliği məqsədilə rus uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Aqniya Bartonun 110 illiyinə həsr olunmuş "Aqniya Barto poeziyasına səyahət” adllı səhərcik keçirilib. Tədbirdə "Ay və dəniz”, Heyvanlar düşünürmü?”, "Kobud ayı balası” adlı şeirləri əsasında hazırlanmış səhnəciklər oxucular tərəfindən maraqla qarşılanıb.Kitabxana həmçinin vətənpərvərlik mövzusunda da kənarda qalmayıb. Fevral ayında anadan olmuş Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş tədbir kiçik yaşlı oxucular tərəfindən maraqla qarşılanıb. Tədbirdə kitabxananın oxucularının ifasında Musa Ələkbərlinin "Mübarizlik dərsi” poeması əsasında hazırlanmış bədii kompozisiya nümayiş etdirilib, Müzəffər Məchulun "Təbriz qəhrəmanlığı”, Tofiq Kazımın "Şəhid ruhu ölməzdir” adlı şeirləri dinlənilib.Onu da qeyd edək ki, Xocalı faciəsinin 24 –cü ildönümü münasibətilə kitabxanada "Günahsız qurbanlar” adlı anım günü küçiriləcək."Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR