Sumqayıtda hava

Manşet, Maraqlı

Sumqayıt sakinindən MARAQLI TƏKLİF

Sumqayıt sakinindən MARAQLI TƏKLİF

Bir neçə ay öncə Sumqayıt şəhərində dənizkənarı bulvarda və Nəsimi adına mədəniyyət və istirahət parkında bir neçə istiqamətdə çox maraqlı və müasir infrastruktur layihələrinin icra olunacağı barədə xəbər vermişdik. Layihəyə görə, burada müasir tələblərə cavab verən ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu, yaşayış binaları inşa olunacaq, bununla yanaşı çimərlik zonasında da əsaslı işlər görülərək şəhər sakinlərinin ixtiyarına veriləcək.
Sumqayıt sakini Fərhad Həşimov isə bu layihə barədə maraqlı təkliflə çıxış edib. O təklif edir ki, Sumqayıt şəhərində tramvayların fəaliyyəti bərpa edilsin:
-Mən təklif edərdim, gözəl şəhərimiz Sumqayıtın Xəzərlə olan sahil boyu abadlaşdırma layihəsinə, müasir, gözəl, bir tramvay xətti də əlavə edilsin. Gələcəkdə həmin tramvay xəttini Corat-Novxanı və H.Z.Tağıyev, hətta Yaşma qəsəbəsinə qədər uzatmaq mümkündür.
Fərhad Həşimov Sumqayıtda doğulub və boya-başa çatıb. Fotojurnalistika sahəsində çalışan Fərhad müəllim indi də bu şəhərdə yaşayır.
Fikirlərini "Yenisumqayit.az"la bölüşən F.Həşimov deyir ki, əvvəllər də Sumqayıtda tramvay işləyib:
- İlk vaxtlar tramvay şəhərin mərkəzindən Sumqayıt boru zavoduna qədər gedirdi. Təxminən səksəninci illərin əvvəli istiqamətini dəyişdilər. İndiki Nizami Gəncəvi heykəlinin yerindən kompressorlar zavoduna kimi uzatdılar. Qiyməti 3 qəpik idi...
O təklifini belə əsaslandırır:
- İşə gedib gələn insanlara çox rahatlıq yaradır. Həm də ki, tramvay gözəllik, təmiz ekoloji nəqliyyat deməkdir.
"Yenisumqayit.az"

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR