Sumqayıtda hava

Manşet, Cəmiyyət

Heydər Əliyev Mərkəzində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi

Heydər Əliyev Mərkəzində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi

Heydər Əliyev Mərkəzində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi

Heydər Əliyev Mərkəzində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi.İlk olaraq rəsm sərgisinə baxış keçirən münsiflər heyəti və tədbir iştirakçıları yeniyetmə şagirdlərin Xocalı faciəsini dərindən anlayaraq bu ağrı-acını ifadə etdiklərini, xalqımızın sınmaz qəhrəmanlıq ruhunu təsvir etdiklərini bildirdilər.Dəyirmi masa ətrafında davam edən tədbirdə Mərkəzin direktoru Aygün Zülfüqarlı, SDU-nun Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev, Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Ceyran Axundova, Əli Kərim adına poeziya klubunun müdiri, şair İbrahim İlyaslı, Gənclər və İdman Baş İdarəsinin məsul işçisi Ceyhun Hüseynov, "Dünya” TV-nin efir direktoru Elnarə Eminova, rəssam Nəsibə Şükürlü çıxış edərək günahsız insanlara, uşaqlara, qocalara belə amansız divan tutan vəhşi erməni vandallarının Xocalıda insanlığa sığmayan əməllər törətdiyini bildirdilər. Xocalı faciəsinə siyasi-hüququ qiymət verilməsinin Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu, Xocalı soyqırımının, ümumilikdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun və "Xocalıya ədalət” kampaniyası ilə bütün dünyanı haqq-ədaləti dəstəkəməyə çağıran Fondun I vitse prezidenti Leyla Əliyevanın bu istiqamətdəki dəyərli fəaliyyəti qeyd olundu.Tədbir iştirakçıları əmin olduqlarını bildirdilər ki, Prezident cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlünü bərpa edəcəkdir. Sonra Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olundu.Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin və Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə keçirilən tədbirin sonunda rəsm sərgi müsabiqəsində fərqlənən iştirakçılar Bülbül adına, S.Rüstəmov adına və Ə.Bakıxanov adına İncəsənət Məktəblərinin, N.Nərimanov adına Mədəniyyət Mərkəzinin, C.Cabbarlı adına və Şəhər Mədəniyyət evlərinin şagirdləri mükafatlandırıldılar. Mərkəzdə Mərkəzi Kitabxananın dəstəyi ilə Xocalı soyqırımı haqqında nəşrlər də sərgilənib. Qeyd edək ki, Təhsil şöbəsi ilə birgə orta ümumtəhsil məktəblərinin şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş sərgiyə baxışı və onlara Xocalı soyqırımından bəhs edən sənədli film nümayişi təşkil edilib."Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR