Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt məktəblisindən MÖHTƏŞƏM UĞUR

Sumqayıt məktəblisindən MÖHTƏŞƏM UĞUR

Fevralın 13-də Milli Elmlər Akademiyasında "Sabahın alimləri” V Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Müsabiqədə ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edib. 3 gün ərzində keçiriən müsabiqənin sonuncu günü "Açıq qapı” saatları təşkil olunub, şagird və müəllimlərə, həmçinin media nümayəndələrinə layihələrlə tanış olmaq imkanı yaradılıb.

Müsabiqəyə təqdim olunan layihələr Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə qiymətləndirilib və İntel İSEF-İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 3 layihə müəlliflərinin adları açıqlanıb. Seçilmiş qaliblər cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək InteI ISEF - Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək hüququ qazanıblar.

Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.

Sevindirici haldır ki, Sumqayıt şəhər Təfəkkür liseyinin 9-cu sinif şagirdi Rəcəb Osmanlı da müsabiqədə iştirak edib və 3-cü yerə layiq görülüb.

"Yenisumqayit.az" olaraq Rəcəb Osmanlını bu müvəffəqiyyəti münasibətilə təbrik edir, ona təhsil həyatında yeni uğurlar arzulayırıq.

Qeyd edək ki, "Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsində əsas məqsəd yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onlara elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarətdir.

"Yenisumqayit.az"

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR