Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtlılar Xocalı abidəsini ziyarət edib - FOTOLAR

Sumqayıtlılar Xocalı abidəsini ziyarət edib - FOTOLAR

Sumqayıtlılar Xocalı abidəsini ziyarət edib - FOTOLAR

Sumqayıtlılar Xocalı abidəsini ziyarət edib - FOTOLAR

Bu gün Xocalı faciəsinin 24-cı ildönümüdür.

Ölkəmizin hər yerində olduğu kimi, Xocalı faciəsinin qurbanları Sumqayıtda da böyük ehtiramla yad edilib. "Xeberle.com"un məlumatına görə, mərasimə qatılan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Şəhidlər xiyabanında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib. İcra başçısı abidənin üzərinə qərənfil dəstələri düzüb, ehtiramını ifadə edib.

Sonra şəhər ictimaiyyətinin nümayəndələri, idarə, təşkilat və müəssisə kollektivləri abidəni ziyarət ediblər.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xocalı qəsəbəsini zəbt edərək xalqımıza qarşı soyqırımı siyasətini həyata keçiriblər. Xocalının işğalı zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, insanların başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR