Sumqayıtda hava

Hadisə

Oğurluq edən 5 sumqayıtlı tutuldu

Oğurluq edən 5 sumqayıtlı tutuldu

Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri İsa Ağayev, Tural Quliyev və Ceyhun Məhərrəmov tutulub.

"Yenisumqayit.az" Daxili İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, adı çəkilən şəxslər fevralın 24-nə keçən gecə Novxanı qəsəbə sakini Rafiq Əkbərova məxsus torpaq sahəsindən 29 ədəd dəmir borunu oğurlamağa cəhd göstərdikləri üçün saxlanılıblar. Qeyd edək ki, onlardan ikisi - Tural Quliyev və Ceyhun Məhərrəmov əvvəllər də məhkumluq həyatı yaşayıblar.

Sumqayıt ŞPİ-nin əməkdaşları isə fevralın 22-də Vüqar Xəlilova məxsus "KamAZ” markalı avtomobildən akkumulyator oğurlamış şəhər sakinləri Ceyhun Kərimovu və Azər Ağacanovu saxlayıblar.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR