Sumqayıtda hava

Elan

“Bakı Metropoliteni”ndə VAKANSİYA

“Bakı Metropoliteni”ndə VAKANSİYA

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti "Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi üzrə ödənişsiz kurslar təşkil edir. Kurslar 1 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni” QSC-nin Hərəkət Xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər.

Kursda iştirak tələbləri:

Xanımlar üçün

• Yaş: 18–30 arası

• Boy: minimum 170 sm

• Təhsil: minimum tam orta təhsil

• Dil bilikləri:

Azərbaycan dili – Əla

Xarici dil bilmək arzuolunandır

Oğlanlar üçün;

• Yaş: 22–30 arası

• Boy: minimum 170 sm

• Hərbi mükəlləfiyyətli

• Təhsil: Texniki Ali

• Dil bilikləri:Azərbaycan dili – Əla

Xarici dil bilmək arzuolunandır

Kurslarda iştirak etmək istəyənlər "Bakı Metropoliteni” QSC-nin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)

Anket doldurularkən "İşləmək istədiyiniz işin adı” xanasına "Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsininin qeyd edilməsi zəruridir.

Müraciət üçün son tarix 04.03.2016-cı il.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR