Sumqayıtda hava

Manşet, Cəmiyyət

Mədəniyyət ocaqlarında Xocalı faciəsi və Sumqayıt hadisələri ilə bağlı silsilə tədbirlər keçirilib

Mədəniyyət ocaqlarında Xocalı faciəsi və Sumqayıt hadisələri ilə bağlı silsilə tədbirlər keçirilib

Sumqayıtın mədəniyyət ocaqlarında Xocalı faciəsinin 24-cü, Sumqayıt hadisələrinin 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən "Yenisumqayit.az"a bildirilib ki, S.Vurğun adına Mərkəzi Kitabxana Xocalı faciəsinin 24-cü, 1988-ci il Sumqayıt hadisələrinin 28-ci ildönümü ilə əlaqədar 5 saylı məktəbin konfrans zalında "Sumqayıt hadisələri, Xocalı faciəsi” adlı dəyirmi masa keçirib. Tədbiri giriş sözü ilə abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq Sumqayıt hadisələri və Xocalı faciəsi, eləcə də konfrans zalında təşkil edilmiş "Xocalı-əsrin faciəsi” adlı sərgi haqqında qısa məlumat verib. Sonra jurnalist, Osman Mirzəyev adına Respublika mükafatı laureatı Rəhman Orxan iştirakçılara Sumqayıt hadisələrinin canlı şahidi kimi bir çox məlumatları çatdırıb. SDU-nun tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Mahmud Qədirli, Azərbaycan Universitetinin tarix fakültəsinin II kurs tələbəsi Aynur Miriyeva, 5 saylı məktəbin tarix müəlliməsi Gülsəfa Hüseynəliyeva, MKS-in direktoru Yeganə Əhmədova çıxış edərək öz fikirlərini paylaşıblar.

M.Ə.Rəsulzadə adına 2 saylı kitabxana-filialda Xocalı soyqrımının 24-cü ildönümünə həsr olunmuş "Xocalı soyqrımı-Bəşəriyyət əleyhinə cinayət” adlı oxucu konfransı keçirilib. Tədbirdə SDU-nun tarix fakultəsinin tarix müəllimi Samir Kərimli, "Əli Kərim” adına poeziya klubunun sədri İbrahim İlyaslı, şair Asif Asiman, Təhsil şöbəsinin metodisti Əlhəddin Paşayev çıxış ediblər. Sonda 14 və 21 saylı tam orta məktəbin şagirdlərinin ifasında Xocalıya həsr olunmuş kompozisiya və Murad Haqverdiyevin vətənpərvərlik mövzusunda mahnıları dinlənilib.

S.Vurğun adına Mərkəzi kitabxananın şöbələrində "Xalqımızın qan yaddaşı” adlı dəyirmi masa, "Xocalı uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi, həmçinin də ədəbi-bədii kompozisiya keçirilib.

Nizami Gəncəvi adına Kitabxana Klub 27 saylı orta məktəbdə Vahid Mustafayevin "Xoca" filmini nümayiş etdirilib, Şahbaz Kərimov adına Qubadlı rayon Çərəli kənd tam orta məktəbi ilə birgə "Xocalı harayı" adlı xatirə gecəsi, Mərkəzi uşaq kitabxanasında "Günahsız qurbanlar" adlı anım günü keçirilib.

Digər kitabxana filallarda da sərgilər təşkil edilib, biblioqrafik xülasələr verilib. Bütün uşaq incəsənət və musiqi məktəblərində anım günləri keçirilib, "Xoca” filmi nümayiş olunub, sərgilər təşkil edilib.

Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşları 12 saylı orta məktəbdə səyyar sərgi təşkil edib, faciə haqqında videoçarx nümayiş etdiriblər.

Sumqayıtın Tarixi Muzeyi 13 saylı tam orta məktəbdə "Xocalı” adlı sərgi ilə yanaşı "Xocalı tarixi yaddaşımızda” məruzəsi ilə kütləvi şöbənin əməkdaşları çıxış edib.

Qeyd edək ki, Sumqayıtın Tarixi Muzeyində Sumqayıt hadisələrinin 28-ci ildönümü münasibətilə tədbir keçiriləcək.

"Yenisumqayit.az"

Mədəniyyət ocaqlarında Xocalı faciəsi və Sumqayıt hadisələri ilə bağlı silsilə tədbirlər keçirilib

Mədəniyyət ocaqlarında Xocalı faciəsi və Sumqayıt hadisələri ilə bağlı silsilə tədbirlər keçirilib

Mədəniyyət ocaqlarında Xocalı faciəsi və Sumqayıt hadisələri ilə bağlı silsilə tədbirlər keçirilib

Mədəniyyət ocaqlarında Xocalı faciəsi və Sumqayıt hadisələri ilə bağlı silsilə tədbirlər keçirilib

Mədəniyyət ocaqlarında Xocalı faciəsi və Sumqayıt hadisələri ilə bağlı silsilə tədbirlər keçirilib





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR