Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtın Mərkəzi kitabxanası silsilə tədbirlər keçirib - FOTOLAR

Sumqayıtın Mərkəzi kitabxanası silsilə tədbirlər keçirib - FOTOLAR

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsində silsilə tədbirlər keçirilib.

Şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən "Yenisumqayit.az"a bildirilib ki, kitabxanada Ümumdünya Mülki müdafiə günü ilə əlaqədar baş tutan "Həyatının təhlükəsizliyi öz əlindədir" adlı tədbirdə XX Yanğınsöndürmə hissəsinin rəis müavini Azər Babayev iştirak edib. O çıxış edərək, Mülki müdafiənin yaranma tarixi, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının təmin olunması haqqında oxuculara məlumat verib. Daha sonra Fövqəladə Hallar Nazırliyinin yenicə istifadəyə verilmiş texnikalarının istifadəsinə dair videoçarx izlənilib, oxucuların sualları cavablandırılıb.

Sumqayıt hadisələrinin 28-ci, Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə keçirilən tədbiri kitabxananın müdiri Y.Hüseynova açaraq Sumqayıtda baş verən hadisələr və Xocalı faciəsi haqqında geniş məlumat verib. Oxucuların ifasında şeir və bayatılardan ibarət kompozisiya dinlənilib.

"Uşaq ədəbiyyatı ili” ilə əlaqədar 15 və 3 saylı orta məktəb şagirdlərinin iştirakı ilə A.Şaiqin 135 illiyinə həsr edilmiş "Məktub yetişmədi” hekayəsi üzrə kitab müzakirəsi keçirilib. Tədbirdə Abdulla Şaiqin həyat və yaradıcılığı, eyni zamanda "Məktub yetişmədi" hekayəsinin qısa məzmunu haqqında məlumat verilib. Hekayənin məzmunu ilə bağlı tərtib olunmuş suallar əsasında müzakirələr aparılıb.

Daha bir tədbir isə uşaq şöbəsinin kitabxanaçıları tərəfindən 15 saylı məktəbdə Rus uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən olan Aqniya Bartonun 110 illik yubileyi ilə əlaqədar keçirilib. Məktəbin 2-ci sinif şagirdlərilə keçirilən tədbirdə şairin həyatı və yaradıcılığı, xeyirxah əməlləri, o cümlədən, yeni tərcümə olunmuş əsərləri haqqında geniş məlumat verilib, əsərlərinin uşaq və yeniyetmələrin tərbiyəsində mühüm rolundan danışılıb.

Sonda uşaqlar üçün şairin "İp atdı” kitabındakı şeirləri ucadan oxunub.

"Yenisumqayit.az"

Sumqayıtın Mərkəzi kitabxanası silsilə tədbirlər keçirib - FOTOLAR

Sumqayıtın Mərkəzi kitabxanası silsilə tədbirlər keçirib - FOTOLAR

Sumqayıtın Mərkəzi kitabxanası silsilə tədbirlər keçirib - FOTOLAR

Sumqayıtın Mərkəzi kitabxanası silsilə tədbirlər keçirib - FOTOLAR

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR