Sumqayıtda hava

Manşet, Redaktorun Seçimi, Cəmiyyət

Facebook istifadəçiləri mütləq oxusun

Facebook istifadəçiləri mütləq oxusun


RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİnin ELEKTRON TƏHLÜKƏSİZLİK MƏRKƏZİ sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edir:
Cari ilin noyabr ayından etibarən Facebook sosial şəbəkəsi öz istifadə şərtləri, fərdi məlumatlardan istifadə siyasəti və "cookie" fayllarından istifadə siyasətini dəyişməsi barədə xəbərdarlıqlar yaymağa başlamışdır. Fərdi məlumatlardan istifadə siyasətində istifadəçilərin təhlükəsizliyinin təmin olunması ilə bağlı bir sıra maddələrlə yanaşı, onları narahat edə biləcək dəyişiklik də mövcuddur.
Belə ki, 1 yanvar 2015-ci il tarixindən etibarən sosial şəbəkə öz istifadəçilərinə heç bir xəbərdarlıq etmədən onlara məxsus məlumatların üçüncü tərəfə - reklam şirkətləri, operatorlar və digər maraqlı tərəflərə ötürülməsi barədə qərar qəbul etmişdir. Sosial şəbəkənin rəhbərliyi bütün istifadəçilərə xəbərdarlıq göndərməklə hal-hazırda bu barədə onları məlumatlandırır. Siyasətdəki bu önəmli dəyişikliklə razı olmayan istifadəçilər bu sosial şəbəkədən istifadəni dayandıra bilərlər.
ETM tövsiyə edir ki, ümumiyyətlə sosial şəbəkələr və hər hansı veb saytlarda qeydiyyatdan keçərkən onların təhlükəsizlik siyasəti və fərdi məlumatlardan istifadə şərtləri ilə əvvəlcədən tanış olasınız. Fərdi məlumatlarınızın konfidensiallığının təmin olunmaması və ya başqa tərəflərə ötürülməsi barədə şərt mövcud olduğu halda həmin veb saytlarda qeydiyyatdan keçməyiniz tövsiyə olunmur.

(cert.az)





Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Yazini minvala vyddieimre resim istemediler, dushundum ozleri qoyar, tebii yardim gerekse muraciet ederler. Sonra bu sehvi gordum ve xahish etdim,minval deyishdi.
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR