Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtın "Qızıl Aypara"çıları Mülki Müdafiə təlimində - FOTOLAR

Sumqayıtın "Qızıl Aypara"çıları Mülki Müdafiə təlimində - FOTOLAR

Bu gün "Azərikimya" İB-nin Etilen-polietilen zavodunun polietilenin çeşidlənməsi, qablaşdırılması buraxılması sahəsində Ümumdünya Mülki Müdafiə günü münasibətilə "Mülki müdafiə və yeni informasiya texnologiyaları” mövzusunda geniş maarifləndirici tədbir və obyekt mülki müdafiə məşqi keçirilib.

Təlimdə Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri, Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsinin, Sumqayıt Regional Föqəladə Hallar və Mülki Müdafiə şöbəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin, Azərsu ASC-nin Sumqayıt Su-Kanal İdarəsinin, təxirəsalınmaz təcili tibbi yardım stansiyasının tibbi yardım briqadasının əməkdaşları ilə birgə respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin üzvləri də fəal iştirak ediblər.

QAC-nin Sumqayıt şəhər bölməsindən "Yenisumqayit.az"a bildirilib ki, tədbirdə Mülki Müdafiə qüvvələrinin düzülüşü, əmlak və avadanlıqlarının vəziyyəti nəzərdən keçirilib, şəxsi heyətin mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri kompleksində rolu, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı nəzəri bilikləri yoxlanılıb.

Sıra düzülüşündə QAC-nin Sumqayıt şəhər bölməsinin "Mobil dəstə” üzvü Gülnar Tanrıverdiyeva dəstənin hazırlığı barədə raport verib. Məlum olub ki, 13 nəfərdən ibarət ilk yardım avadanlıqları ilə təmin olunmuş "Mobil dəstə” tərəfindən bir çadır qurulub və Respublika QAC-nə məxsus olan Təcili yardım maşını ilə təlimdə iştiraka hazırdırlar.

Həyəcan siqnalının verilməsi ilə təlim başlayıb. Mülki müdafiə və yanğınsöndürmə dəstələri, həmçinin xüsusi xilasetmə qrupları özlərini hadisə yerinə çatdırıblar. Radiasiya-kəşfiyyat qrupu tərəfindən ərazinin nə dərəcədə zəhərli və radiasiya təhlükəli olması ilə bağlı Mülki Müdafiə Qərargahına məlumat verildikdən sonra işçilərin təxliyə edilməsi, xəsarət alanların xilas edilərək təhlükəsiz əraziyə çıxarılması ilkin tibbi yardım göstərmək üçün, "Mobil dəstə” və sanitar posta təhvil verilməsi və ağır vəziyyətdə olanların təcili yardım maşınlarında şəhərin müalicə müəssisələrinə göndərilməsi, su pərdəsi yaratmaqla xlor çəninin aşması nəticəsində xlorun ətrafa yayılmasının qarşısının alınması, elektrik, qaz və su xətlərində qəza-bərpa işlərinin aparılması əməliyyatları yerinə yetirilib.Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin operativ müdaxiləsi ilə yanğın söndürülüb.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin "Mobil dəstə” üzvlərinə təlimdə aktiv iştiraklarına görə təşəkkür edilib.

Mobil dəstənin tədbirdə fəaliyyətini əks etdirən fotoları təqdim edirik:

"Yenisumqayit.az"

Sumqayıtın "Qızıl Aypara"çıları Mülki Müdafiə təlimində - FOTOLAR

Sumqayıtın "Qızıl Aypara"çıları Mülki Müdafiə təlimində - FOTOLAR

Sumqayıtın "Qızıl Aypara"çıları Mülki Müdafiə təlimində - FOTOLAR

Sumqayıtın "Qızıl Aypara"çıları Mülki Müdafiə təlimində - FOTOLAR

Sumqayıtın "Qızıl Aypara"çıları Mülki Müdafiə təlimində - FOTOLAR

Sumqayıtın "Qızıl Aypara"çıları Mülki Müdafiə təlimində - FOTOLAR

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR