Sumqayıtda hava

Manşet, Cəmiyyət

"Azərikimya"da şərti zəlzələ, yanğın, dağıntılar - Mülki müdafiə məşqindən FOTOLAR

"Azərikimya"da şərti zəlzələ, yanğın, dağıntılar -  Mülki müdafiə məşqindən FOTOLAR

Ümumdünya Mülki Müdafiə günü münasibətilə "Azərikimya” İB-nin Etilen-polietilen zavodu ərazisində maarifləndirici tədbir obyekt mülki müdafiə məşqi keçirilib."Azərikimya" İB-nin Etilen-polietilen zavodunun polietilenin çeşidlənməsi, qablaşdırılması buraxılması sahəsində ("Polimir-120” istehsalatı) Ümumdünya Mülki Müdafiə günü münasibətilə "Mülki müdafiə və yeni informasiya texnologiyaları” mövzusunda geniş maarifləndirici tədbir və obyekt mülki müdafiə məşqi keçirilib.Bu barədə "Yenisumqayit.az"a İB-nin Mətbuat Xidmətindən bildirilib.Məlumata görə, Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri ilə birgə Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsinin, Sumqayıt Regional Föqəladə Hallar və Mülki Müdafiə şöbəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin, Azərsu ASC-nin Sumqayıt Su-kanal İdarəsinin, şəhər təxirəsalınmaz təcili tibbi yardım stansiyasının tibbi yardım briqadasının, respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin üzvlərinin də iştirak etdiyi tədbirdə Mülki Müdafiə qüvvələrinin düzülüşü, əmlak və avadanlıqlarının vəziyyəti nəzərdən keçirilib, şəxsi heyətin mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri kompleksində rolu, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı nəzəri bilikləri yoxlanılıb.Əhalinin mühafizəsi sahəsində innovasiyon yanaşmanın - yeni biliklərin və texnologiyaların tətbiqinin vacibliyi nəzərə alınaraq iştirakçılara "İnnovasiyon mülki müdafiə” anlayışı - baş verən təhlükə və təhdidlərin dəf edilməsində əhalinin, ərazilərin, maddi-mədəni sərvətlərin qorunmasının müasir metodlarının işlənib-hazırlanması, mühafizə və xilasetmədə yeni texnologiyalardan istifadə edilməsi, peşəkar və təcrübəli kadr hazırlığı sisteminin yaradılmasının vacibliyi haqqında ətraflı məlumat verilib.Sonra şərti olaraq baş vermiş zəlzələnin təsirindən zavodun Polietilen istehsalatının polietilenin çeşidlənməsi, qablaşdırılması və buraxılması sahəsində baş vermiş dağıntılardan sonra işçilərin təxliyə edilməsi, dağıntıların altından insanların xilas edilməsi, eyni zamanda baş vermiş şərti yanğının yayılmasının qarşısının alınması və işçilərin maksimum mühafizə olunması məqsədi daşıyan məşqdə həyəcan siqnalının verilməsi ilə mülki müdafiə və yanğınsöndürmə dəstələri, həmçinin xüsusi xilasetmə qrupları özlərini hadisə yerinə çatdırıblar. Mühəndis kəşfiyyat qrupu tərəfindən hadisə baş vermiş ərazidəki vəziyyət barədə məlumat toplanıldıqdan, həmçinin radiasiya-kəşfiyyat qrupu tərəfindən ərazinin nə dərəcədə zəhərli və radiasiya təhlükəli olması ilə bağlı Mülki Müdafiə Qərargahına məlumat verildikdən sonra işçilərin təxliyə edilməsi, xəsarət alanların xilas edilərək təhlükəsiz əraziyə çıxarılması, ilkin tibbi yardım göstərmək üçün sanitar posta təhvil verilməsi və ağır vəziyyətdə olanların təcili yardım maşınlarında şəhərin müalicə müəssisələrinə göndərilməsi, su pərdəsi yaratmaqla xlor çəninin aşması nəticəsində xlorun ətrafa yayılmasının qarşısının alınması, elektrik, qaz və su xətlərində qəza-bərpa işlərinin aparılması əməliyyatları yerinə yetirilib.Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin operativ müdaxiləsi ilə baş vermiş yanğının böyüyərək hazır məhsul anbarına və digər sahələrə keçməsinin qarşısı alınmaqla yanğın söndürülüb.Məşqin davam etdiyi müddət ərzində bütün qüvvələr qarşılıqlı fəaliyyət göstərib, peşəkarlıq nümayiş etdirib, pərakəndəliyə və çaşqınlığa yol verməyiblər. Keçirilən "Obyekt mülki müdafiə məşqi”ndə qarşıya qoyulmuş məqsədlərə nail olunub.Tədbirdə çəkilmiş fotoşəkilləri təqdim edirik:"Yenisumqayit.az"

"Azərikimya"da şərti zəlzələ, yanğın, dağıntılar -  Mülki müdafiə məşqindən FOTOLAR

"Azərikimya"da şərti zəlzələ, yanğın, dağıntılar -  Mülki müdafiə məşqindən FOTOLAR

"Azərikimya"da şərti zəlzələ, yanğın, dağıntılar -  Mülki müdafiə məşqindən FOTOLAR

"Azərikimya"da şərti zəlzələ, yanğın, dağıntılar -  Mülki müdafiə məşqindən FOTOLAR

"Azərikimya"da şərti zəlzələ, yanğın, dağıntılar -  Mülki müdafiə məşqindən FOTOLAR

"Azərikimya"da şərti zəlzələ, yanğın, dağıntılar -  Mülki müdafiə məşqindən FOTOLAR

"Azərikimya"da şərti zəlzələ, yanğın, dağıntılar -  Mülki müdafiə məşqindən FOTOLAR

"Azərikimya"da şərti zəlzələ, yanğın, dağıntılar -  Mülki müdafiə məşqindən FOTOLAR

"Azərikimya"da şərti zəlzələ, yanğın, dağıntılar -  Mülki müdafiə məşqindən FOTOLAR





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR