Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda “Narkotiksiz Gənclik - Sağlam Həyat” devizi altında silsilə görüşlərə start verildi

 

Sumqayıtda “Narkotiksiz Gənclik - Sağlam Həyat” devizi altında silsilə görüşlərə start verildi

Sumqayıtda “Narkotiksiz Gənclik - Sağlam Həyat” devizi altında silsilə görüşlərə start verildi

Sumqayıtda “Narkotiksiz Gənclik - Sağlam Həyat” devizi altında silsilə görüşlərə start verildi

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə istiqamətində şəhərin orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında "Narkotiksiz Gənclik - Sağlam Həyat” devizi altında maarifləndirici xarakterli görüşlərin keçirilməsinə başlanılıb.Şəhər Gənclər və İdman Baş İdarəsindən "Yenisumqayit.az"a bildirilib ki, martın 1-də İ.Qayıbov adına 1 nömrəli və C.Səfərov adına 10 nömrəli orta ümumtəhsil məktəblərində keçirilən görüşlərdə şəhər Təhsil Şöbəsinin, Polis İdarəsinin, Sumqayıt Rayonlararası Narkoloji Dispanserin, Gənclər və İdman Baş İdarəsinin və məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.Öncə iştirakçılar Baş İdarənin təqdim etdiyi "Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı narkomaniyanın ağır fəsadlarını özündə əks etdirən filmi izləyiblər.Təhsil Şöbəsinin Metodiki Kabinetinin direktoru Sabir Məmmədov, Sumqayıt Rayonlararası Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov, Polis İdarəsinin əməkdaşı Bəbir Alxanov, Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Ceyhun Hüseynov çıxışlarında Respublikamızda narkotizm və narkobizneslə mübarizənin əsasının Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qoyulduğunu və aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığının artırıldığını qeyd ediblər.Çıxışlarda Sumqayıt şəhərində narkomaniya əleyhinə keçirilən tədbirlər, yeniyetmə və gənclərlə narkomanların taleyi, narkomaniyanın fəsadları və nəticələri haqqında, ondan qorunmağın yolları, şəhərdə bu dəhşətli bəla ilə mübarizə istiqamətində görülən işlər barədə məlumatlar verilib.Sonda mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, iştirakçılara bukletlər paylanılıb.Qeyd edək ki, narkomaniya əleyhinə görüşlərin ümumtəhsil məktəbləri ilə yanaşı ali, orta-ixtisas məktəblərində, məhəllə və mikrorayonlarda da keçirilməsi nəzərdə tutulub."Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR