Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Saray qəsəbəsində fərqli "ARAZ" market açıldı - FOTOLAR

Saray qəsəbəsində fərqli "ARAZ" market açıldı - FOTOLAR

Saray qəsəbəsində fərqli "ARAZ" market açıldı - FOTOLAR

Saray qəsəbəsində fərqli "ARAZ" market açıldı - FOTOLAR

"ARAZ” supermarketlər şəbəkəsinin şöbələrinin sayı artırılır."Marja” xəbər verir ki, martın 1-də Azərbaycanın ən böyük marketlər şəbəkəsinin növbəti şöbəsi Abşeron rayonunun Saray qəsəbəsində istifadəyə verilib.TƏNDİRXANA, KABABÇI, DÖNƏRÇİ, KAFE..."ARAZ"ın Saray şöbəsinin açılışında Abşeron Rayon İH başçısının müavinləri və qəsəbə sakinləri iştirak edib. Bildirilib ki, sayca 40-cı olan bu "ARAZ" market digər şöbələrdən fərqlənir. Tamamilə yeni dizayda olan marketdə qurulmuş təndirlərdə nənələr çörəklər, ləvəngilər bişirilir və alıcılara müxtəlif hazır yeməklər, o cümlədən kabab təklif olunur. Marketdə "ARAZ” kafe fəaliyyət göstərir.Satışa çıxarılan meyvə və tərəvəzlər əsasən Azərbaycanın bölgələrindən gətirilir. Həmçinin Avropa və Rusiyadan idxal olunmuş fərqli mallar satışa çıxarılıb. Bazara uyğun qiymətlərin olduğu marketdə müxtəlif kampaniya və endirimlər də mövcuddur.SAKİNLƏR ÜÇÜN XÜSUSİ AVTOBUSLAR"ARAZ"ın saray filialı geniş avtomobil dayanacağına malikdir. Sakinlərin rahatlığını təmin etmək məqsədilə marketin yerləşdiyi ərazidən Saray qəsəbəsinin mərkəzinə və Ceyranbatan qəsəbəsinə xüsusi avtobuslar işləyir.70 NƏFƏR DAİMİ İŞLƏ TƏMİN OLUNUB"ARAZ” supermarketlər şəbəkəsinin sahibi "AzRetail” MMC-dir. Şirkətin direktoru Vüsal Şərifov bildirib ki, Abşeron kəndlərində "ARAZ” filiallarının sayı artırılacaq. Yeni şöbələr insanlar üçün rahat və müasir alış-veriş məkanı olmaqla bərabər, onlarla vətəndaş üçün iş yeridir:"ARAZ” supermarketlər şəbəkəsi ölkəmizdə işsizliyin aradan qaldırılmasına öz töhfəsini verir. Saray filialında 70 nəfər daimi iş ilə təmin olunub. Onların əksəriyyəti Abşeron rayonunun sakinləridir. İl ərzində yeni açılacaq şöbələrdə daha bir neçə yüz nəfər iş ilə təmin olunacaqdır”."SİZ HARADA ARAZ ORADA”"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR