Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Sumqayıtın “Azərboru” zavodunda YENİDƏNQURMA

Sumqayıtın “Azərboru” zavodunda YENİDƏNQURMA

"Baku Steel Company” MMC-də Azərbaycanda ilk dəfə olaraq dairəvi pəstahların istehsalını həyata keçirəcək yeni istehsal müəssisələri istifadəyə verilib.

"Marja.az"ın məlumatına görə, bu münasibətlə şirkətdə keçirilən tədbirdə "Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov bildirib ki, yeni yaradılan müəssisə ağır metallurgiya sənayesinin inkişafı istiqamətində atılan uğurlu addımlardan biridir. Zavod haqqında məlumat verən qurum rəhbəri deyib ki, müəssisə müasir, tam avtomatlaşdırılmış, kombinə edilmiş qaz-oksigen odluqları və karbon injektorları ilə təchiz edilib. Bu da öz növbəsində, elektrik enerjisi məsrəfini azaldıb. Müəssisədə müasir tökmə sisteminə malik elektrik qövs sobası da quraşdırılıb.

Ümumilikdə, həm "Baku Steel Company” MMC-nin 2-ci xətt polad əritmə sexi, həm də Sumqayıt Azərboru zavodunun yenidən qurulmasına 71 milyon ABŞ dolları məbləğində investisiya qoyulub. Hər iki zavodda 850 nəfərə yaxın işçi çalışacaq və orta əmək haqqı 1500 manat olacaq.

Şirkətin vitse-prezidenti Ramin Kərimov yeni müəssisə ilə bağlı məlumat verərək bildirib ki, illik istehsal gücü 250 min ton olacaq müəssisə ən son müasir texnologiyaya əsaslanan avadanlıqla təchiz edilib və müasir üslubda qurulub. Müəssisənin işə düşməsi ilə əlaqədar artıq bir sıra xarici şirkətlərdən sifarişlər qəbul edilib. İlk olaraq polad 45, polad 20, polad 09 Q2S və digər bu kimi poladların istehsalı nəzərdə tutulub. Məhz bu istehsal prosesindən sonra həmin dairəvi pəstahlar "Baku Steel Company” MMC-nin nəzdində fəaliyyət göstərən Sumqayıtdakı Azərboru zavoduna ötürülür.

Qonaqlar monitor vasitəsilə Sumqayıt "Azərboru” zavodunun yenidənqurmadan sonra istifadəyə verilməsini izləyiblər. İstehsal olunan tikişsiz borular Rusiya, Qazaxıstan, İran və Gürcüstana göndəriləcək.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR