Sumqayıtda hava

Cəmiyyət

İstedad Liseyində görüş - “Narkotiksiz Gənclik - Sağlam Həyat”

İstedad Liseyində görüş - “Narkotiksiz Gənclik - Sağlam Həyat”

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şəhərin orta ümumtəhsil məktəblərində "Narkotiksiz Gənclik - Sağlam Həyat” devizi altında keçirilən maarifləndirici xarakterli görüşlər davam etdirilir.
Martın 1-dən etibarən şəhərin İ.Qayıbov adına 1 nömrəli, C.Səfərov adına 10 nömrəli, M.Quliyev adına 3 nömrəli, Təfəkkür Liseyi, 25 və 13 nömrəli orta ümumtəhsil məktəblərində şəhər Təhsil Şöbəsinin, Polis İdarəsinin, Sumqayıt Rayonlararası Narkoloji Dispanserin, Gənclər və İdman Baş İdarəsinin və məktəblərin müəllim və şagird kollektivinin iştirakı ilə narkomaniyaya qarşı mübarizə istiqamətində maarifləndirici görüşlər təşkil edilib.
Şəhər Gənclər və İdman Baş İdarəsindən "Yenisumqayit.az"a bildirilib ki, növbəti belə görüş bu gün İstedad Liseyində baş tutub. Öncə "Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı film nümayiş olunub. Şəhər İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mehman Vəliyev, Təhsil Şöbəsinin Metodiki Kabinetinin direktoru Sabir Məmmədov, Sumqayıt Rayonlararası Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov, Polis İdarəsinin əməkdaşı Bəbir Alxanov, Gənclər və İdman Baş İdarəsinin Təşkilati iş və təsərrüfat sektorunun müdiri Rüfət Mahmudzadə çıxışlarında Azərbaycanda narkotizm və narkobizneslə mübarizənin əsasının Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qoyulduğunu və aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığının artırıldığını qeyd ediblər. Həmçinin Sumqayıt şəhərində narkomaniya əleyhinə keçirilən tədbirlər barədə, yeniyetmə və gənclərlə narkomanların taleyi, narkomaniyanın fəsadları və nəticələri haqqında, ondan qorunmağın yolları, şəhərdə bu dəhşətli bəla ilə mübarizə istiqamətində görülən işlər barədə məlumatlar verilib.
Sonda mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb və Baş İdarənin hazırladığı bukletlər iştirakçılara paylanılıb. Görüşdə 15 nömrəli tam orta məktəbin şagirdləri də iştirak ediblər.
Qeyd edək ki, görüşlərin ali və orta-ixtisas məktəblərində, məhəllə və mikrorayonlarda da keçirilməsi nəzərdə tutulub.
"Yenisumqayit.az"

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR