Sumqayıtda hava

Cəmiyyət

Bülbül adına Uşaq İncəsənət Məktəbində Beynəlxalq Qadınlar Günü qeyd edilib

Bülbül adına Uşaq İncəsənət Məktəbində Beynəlxalq Qadınlar Günü qeyd edilib

Bu gün Bülbül adına Uşaq İncəsənət Məktəbində 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə 16 xanım mədəniyyət sahəsində səmərəli fəaliyyətinə və 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə fəxri fərmanla təltif edilib.Tədbirdə çıxış edən Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov xanımları təbrik edərək onlara xoş arzularını çatdırıb. Son aylar icra başçısının təşəbbüsü ilə inşasına başlanılan mədəniyyət müəssisələri haqqında məlumat verən idarə rəisi bildirib ki, artıq bir neçə mədəniyyət müəssisəsinin təmirinə də start verilib. Bundan əlavə şəhərin ən böyük mədəniyyət sarayı olan Ü.Hacıbəyov adına "Kimyaçılar” sarayının da Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin balansına verilməsi ilə bağlı aparılan danışıqlara diqqət çəkən Mehman Şükürov kollektivlərin bundan sonra daha böyük səhnədə çıxış edə biləcəyini vurğulayıb. Daha sonra MİHİ Sumqayıt şəhər komitəsinin sədri şair Əşrəf Şəfiyev çıxış edərək xanımları şeirlə təbrik edib.Tədbir Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin tərkibində Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və dirijor Vaqif Süleymanov) və Müəllimlər Xorunun ifasında konsert proqramı ilə davam edib. Konsertdə Gülzar Fərəcova, Firudin Ağayev, Təhmin Əhmədli, İbrahim Fərzəliyev, Naib Zəkiyevin ifasında Azərbaycan bəstəkarlarının əsərləri, o cümlədən Müəllimlər xorunun ifasında səslənən xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb."Yenisumqayit.az"

Bülbül adına Uşaq İncəsənət Məktəbində Beynəlxalq Qadınlar Günü qeyd edilib

Bülbül adına Uşaq İncəsənət Məktəbində Beynəlxalq Qadınlar Günü qeyd edilib

Bülbül adına Uşaq İncəsənət Məktəbində Beynəlxalq Qadınlar Günü qeyd edilib





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR