Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda vəzifəli şəxslər barəsində cinayət işi başlanılıb

Təhsil Nazirliyinin "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, araşdırmalar zamanı mərkəzin Sumqayıt filialının vəzifəli şəxsləri tərəfindən 2012-2014-cü illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək özləri və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədi ilə faktiki olaraq idman tədbirlərinin keçirilmədiyi və müxtəlif fənlərin tədris edilmədiyi halda, həmin tədbirlərin keçirilməsi və fənlərin tədris edilməsi, habelə qeyd olunan tədbirlərlə əlaqədar ezamiyyələrin verilməsi adı ilə məlumatların saxtalaşdırılaraq ümumilikdə 170 min manat məbləğində vəsaitin məşqçi müəllimlərin adlarına rəsmiləşdirilməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR