Sumqayıtda hava

Manşet, Cəmiyyət

Kimyaçılar ilk iməciliklərini şəhidlərə həsr etdilər - FOTOLAR

Kimyaçılar ilk iməciliklərini şəhidlərə həsr etdilər - FOTOLAR

Martın 5-də "Azərikimya" İstehsalat Birliyinin müəssisələrində 2016-cı ilin ilk şənbə iməciliyi keçirilib. Böyük ruh yüksəkliyi və bahar əhval-ruhiyyəsi şəraitində keçən iməcilikdə Etilen-polietilen zavodu, Təmir-tikinti idarəsi və Birliyin İdarəetmə aparatından ümumilikdə 300 nəfər əməkdaş iştirak edib.

İməcilik zamanı Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin daxili ərazilərində təmizlik-abadlıq işləri aparılıb, əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, dibləri bellənilib, suvarma işləri həyata keçirilib.

Bununla yanaşı Etilen-polietilen zavodunun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsinin yaşıllıq zonasında 800 ədədə yaxın müxtəlif növ meyvə ağacları - albalı, tut, alma, heyva, nar, əncir, ərik, gilanar, badam, xurma və s. əkilib.

Qeyd edək ki, kimyaçılar bu ilin ilk şənbə iməciliyini 20 yanvar şəhidlərinin və Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinə həsr ediblər.

Birlikdən bildirilib ki, Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllığın artırılmasına xidmət edən iməciliklərin yaz mövsümü boyu davam etdirilməsi nəzərdə tutulub.

"Yenisumqayit.az"

 

Kimyaçılar ilk iməciliklərini şəhidlərə həsr etdilər - FOTOLAR

Kimyaçılar ilk iməciliklərini şəhidlərə həsr etdilər - FOTOLAR

Kimyaçılar ilk iməciliklərini şəhidlərə həsr etdilər - FOTOLAR

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR