Sumqayıtda hava

Cəmiyyət

"Bədən tərbiyəsi və idman günü” Sumqayıtda təntənə ilə qeyd olunub

"Bədən tərbiyəsi və idman günü” Sumqayıtda təntənə ilə qeyd olunub

Martın 5-də Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "5 Mart - Bədən tərbiyəsi və idman günü” münasibəti ilə şəhərin idman təşkilatlarının rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, Dünya, Avropa yarışları, Olimpiya və Paralimpiya Oyunlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilər, Əməkdar məşqçilərin iştirakı ilə silsilə tədbirlər keçirilib.

Bu barədə "Yenisumqayit.az"a şəhər Gənclər və İdman Baş İdarəsindən bildirilib.

Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bayram ərəfəsində Baş İdarə tərəfindən 5 Mart - Bədən tərbiyəsi və idman gününə həsr olunmuş idmanın mini-futbol, boks, basketbol, stolüstü tennis, şahmat, dama, ağır atletika və sərbəst güləş növləri üzrə muxtəlif yaş qruplarında yarışlar keçirilib.

Həmçinin Bayram münasibətilə "Sumqayıt Gənclər Evi”ndə şəhərin idman ictimaiyyəti ilə də görüş keçirilib. İştirakçılar ilk öncə uşaq və yeniyetmələrin rəsm işləri ilə tanış olublar. Tədbirdə çıxış edən Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov bayram münasibəti ilə iştirakçıları təbrik edib, dövlətin digər sahələr kimi bədən tərbiyəsi və idman sahəsinə göstərilən diqqət və qayğısından, Ulu Öndər H.Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin köməyi ilə yaradılan şəraitdən, Baş İdarənin fəaliyyəti dövründə Sumqayıt idmançılarının əldə etdiyi nəailiyyətlərdən danışıb.

Baş İdarənin bədən tərbiyəsi və idman sektorunun müdiri Vahid Abdullayev 2015-ci ildə şəhərdə bədən tərbiyəsi və idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə qısa məlumat verib.

Əməkdar Məşqçi, Beynəlxalq dərəcəli hakim Qərib Əliyev, 3 saylı Uşaq Gənclər İdman Şahmat-Dama məktəbinin tədris hissə müdiri Fatimə Məhərrəmova, karate üzrə Əməkdar Məşqçi Akif Kərimov Respublikamızda digər sahələr kimi bədən tərbiyəsi və idman sahəsində aparılan məqsədyönlü işlər və bu işlərin şəhərdə uğurla davam etdirilməsi ilə bağlı çıxışlar ediblər.

Yekunda Sumqayıt şəhərində bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə bir qrup məşqçi-müəllim Baş İdarənin Plaketi, rəsm sərgisinin qalibləri Fəxri Fərman və xatirə hədiyyəsi ilə təltif ediliblər.

"Yenisumqayit.az"

"Bədən tərbiyəsi və idman günü” Sumqayıtda təntənə ilə qeyd olunub

"Bədən tərbiyəsi və idman günü” Sumqayıtda təntənə ilə qeyd olunub

"Bədən tərbiyəsi və idman günü” Sumqayıtda təntənə ilə qeyd olunub

"Bədən tərbiyəsi və idman günü” Sumqayıtda təntənə ilə qeyd olunub

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR