Sumqayıtda hava

Manşet, İqtisadiyyat

“Etilen-polietilen” zavodu yenidən qurulacaq

“Etilen-polietilen” zavodu yenidən qurulacaq

Martın 9-da "Azərikimya” İstehsalat Birliyinin "Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində Birlik ilə "Technip İtaly” şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə ilkin işlərə dair müqavilə imzalanıb.

"Yenisumqayit.az"ın SOCAR-a istinadla verdiyi məlumata görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev qonaqları salamlayaraq, "Etilen-polietilen” zavodunun rekonstruksiyası layihəsi çərçivəsində görülmüş işlərdən bəhs edərək bildirib ki, həyata keçiriləcək tədbirlər nəticəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular inşa olunacaq, nəticədə Birliyin istehsal gücü artacaq, Sumqayıtda tikintisinə başlanılmış Polipropilen və Polietilen qurğuları xammal ilə təmin ediləcək, ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı artacaq, texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaqdır. O, qeyd edib ki, 2019-cu ilə qədər davam etdiriləcək layihələndirmə və tikinti işlərinə Piroliz qurğusu üzrə əsas lisenziarlardan biri olan, habelə bu istiqamət üzrə dünyada böyük təcrübəyə malik "Technip İtaly” şirkəti cəlb edilib.

Mərasimdə vurğulanıb ki, yenidənqurma layihəsi ölkədə müasir standartlara cavab verən məhsulların istehsalına, digər tərəfdən bu işlərə yerli resursların cəlb edilməsi nəticəsində yeni iş yerlərinin açılmasına və əhalinin sosial durumunun yüksəlməsinə, dövlət büdcəsinin gəlirlərinin artırılmasına, Sumqayıtın ekoloji vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olacaqdır.

Sonra sənədin imzalanma mərasimi keçirilib. Müqaviləni "Azərikimya” İB-nin Müşahidə Şurasının Sədri Muxtar Babayev və "Technip İtaly” şirkətinin Baş İcraçı Direktoru Marco Villa imzalayıblar. Bununla da, "Technip İtaly” şirkəti layihə çərçivəsində ilkin işlər üçün podratçı qismində fəaliyyətə başlayıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR