Sumqayıtda hava

İqtisadiyyat

"Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi" xidmət keyfiyyətini yüksəldir

"Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi" xidmət keyfiyyətini yüksəldir

"Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”ndə texniki göstəricilərin daha da yaxşılaşdırılması, enerjitəchizatı müəssisəsinə göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda bir sıra mühüm işlər yerinə yetirilib və hazırda bu istiqamətdə konkret addımlar atılır.

"Yenisumqayit.az"ın "Azərenerji” ASC-nin Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 220 kV-lik "Sənaye Qovşağı” yarımstansiyasında 110 kV-lik I və II şin sistemində boşaldıcılar müasir tiplilər ilə və 1 və 2 saylı 200 MVA avtotransformatorun 110 kV tərəfindəki dayaq izolyatorları da yenisilə əvəz edilib.

Bütün bunlarla yanaşı 220 kV-lik qapalı paylayıcı quruluşda, yardımçı təsərrüfat binalarında və yarımstansiyanın digər hissələrində də müxtəlif təyinatlı yenidənqurma və təmir işləri həyata keçirilib. Hazırda bu istiqamətdə müəyyən işlər davam etdirilir.

Hesabat dövründə "Görədil” yarımstansiyasında 6 kV-lik 2-ci bölmədə boşaldıcı və gərginlik tranformatoru, 6 kV-lik "Nasos-Novxanı” və "Fatmayi-1” hava xətlərinin yağ açarları yeniləri ilə əvəz edilib. Analoji işlər 110 kV-lik "Masazır” və "Sulfanol” yarımstansiyalarında da görülüb.

"Sumqayıt-2” və "Sumqayıt-3”, "Ceyranbatan” yarımstansiyalarında da müxtəlif təyinatlı təmir işləri görülüb.

1-ci, 2-ci, 7-ci və 8-ci "Abşeron”, "Yaşma”, 2-ci və 3-cü "Sumqayıt”, 1-ci "Xırdalan” və digər bir neçə HX-lərdə dayaqların təmiri, izolyatorların, naqillərin və ildırımötürücü trosların dəyişdirilməsi və digər müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.

Bütün bunlarla yanaşı bütün struktur bölmələrdə könüllü yanğın dəstələri yaradılıb və yanğına qarşı qəza məşqləri keçirilib.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR